8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya turistlərinin Gürcüstana uçuşları ilə bağlı problem yaşandığı bir vaxtda Ermənistan Rusiyadan gələn turistləri hər vəchlə özünə istiqamətləndirməyə calışır. Buna nailolmaq üçün isə, erməni saxtakarları Azərbaycan və Gürcüstan mədəni irsinin onlara aid olması barədə materialları rusiyalı jurnalıstlərə sifariş edərək reklam edirlər. Belə materiallardan biri, elə bu günlərdə erməni millətçi "Yerkramas" saytında, tarixi Azərbaycan torpağı – Zəngəzurda yerləşən, Azərbaycan mədəniyyətinin unikal qədim abidələrindən olan "Qoşun Daş"-la bağlı "sifarişli" material çap olunmuşdir. Erməni saxtakarları həmin abidəni "Zorats Karer" adlandırır. Jurnalis tərəfindən hazırlanan material "Zorats Karer" kompleksi: dünyada ən qədim Rəsədxana və ya yadplanetlilərin əl işi adlanır”.Həmin materialı olduğu kimi veririk."Ermənistan gözəldir, buna şübhə yoxdur. Həmidə - qədimidir", - rusiyanın "QLAS" şəbəkə nəşrinin əməkdaşı olan Tatyana Demçenko "erməni Stounxence" haqqında məqaləsində yazır. Rusiyalı müəllifin məqaləsində daha sonra deyilir:"Burada qədim monolitləri var və bəşəriyyət minillikləri ərzində onlarla dəfə yüksəlmiş və enmişdir. Amma yəqin ki, ən müəmmalı olanı erməni Stounxenc kimi tanınan Zorats Karerdir. Bu abidə 7500 yaşında, bəlkə də daha yaşlıdır. Bəzi mənbələrə görə, o, ingilis Stonehenge-dən 4500 yaş böyükdür. Ümumilikdə 280 daş, bəzilərinin 50 tona qədər ağırlığı olan, hər biri maraqlı vəziyyətdə yerləşir. Onlardan 80-nin gözü var, yəni daşlarda qazılmış deşik var. Daşların nə üçün istifadə edildiyini heç kim bilmir, baxmayaraq ki, bir çox nəzəriyyələr var. Corcio Çukalosun sözlərinə görə, bu, əcnəbilərin işidir. Monolit daşlardakı oymalar yadplanetlilərin şəkillərini xatırladır. Əslində, erməni Stounxenc tamamilə dünyanın ən qədim Rəsədxanası ola bilər. Daşlardakı oyma deşiklər müəyyən bucaq altında düzəldilib. Bəziləri hesab edirlər ki, onlar müəyyən ulduzlara işarə edirlər. Erməni Stounxencinin çox güman ki, başqa ritual tətbiqləri olmuşdur. Ola bilsin ki, erkən ermənilərin ibadət etdikləri günəş allahına sitayiş etmək üçün istifadə olunub. Erməni Stounxenc tunc dövrünə aid obyektlərin tapıldığı bir türbəni və bir neçə qəbiri özündə birləşdirir. Bu tapıntıların qəbir kimi istifadə edildiyi fikri yaradıb. Erməni Stounxencinin əsl taleyi anlaşılmaz sirr olaraq qalır və yəqin ki, bir müddət orada qalacaq. Bu qəribə və gözəl arxeoloji yer ziyarət üçün açıqdır". Butün bunlar, erməni saxtakarlığının ən yüksək həddidir. Çünki məqalədə bir dəfə də olsun nə türk adı – Qoşun-Daş və ya ("Döyüşçü Daşlar" və ya "Qoşun daşları"), nə də onun yaradıcıları - Zəngəzurun türk-azərbaycanlıları olan yerli əhali yada salınır. Hətta erməni etnoqrafı və filoloq Stepan Daniloviç Lisisian (1865-1947) "Koşun – daş" əsərində, 1935-ci ildə nəşr olunan "Sisyanada (Zəngəzurda) meqalit şəhərciyi" demək olar ki, abidənin Türk mənşəyindən xəbər verir: " Xalq rəvayətlərinə görə buradakı böyük daşın altında sərgərdə, digər daşların altında isə onun döyüşçüləri dəfn edilmişdir: " elə buna görədə bura (türkcə) "ordu daşları"adlanır. Aydındır ki, 1935-ci ildə ermənilər əsgərlərin türk olduğunu hələ xatırlayırdılar. Elə həmin dövrdə Zəngəzurda da əsasən azərbaycanlılar yaşayırdı. Lakin 1947-1948-ci illər deportasiyasından sonra Zəngəzurda azərbaycanlıların sayı həddən artıq azalmışdır. Nəhayət, Azərbaycan əhalisi tarixi Azərbaycan torpaqlarından – Zəngəzurdan 1988-1990-cı illərdə bütünlüklə qovulmuşdur. İndi erməni saxtakarları turistlər üçün başqasının mədəni irsini reklam edərək, nə Türk adından, nə də "qoşun daş"ın türk mənşələ olmasından şüurlu şəkildə danışmırlar. Amma onu tamamilə yalan və mifik erməni "tarixi" nöqteyi-nəzərindən izah etməyə calışaraq, Azərbaycan Mədəniyyət Abidələrini "qədim erməni Rəsədxanası" ya da "yadplanetlilərə" aid etməyə calışırlar. Təki həmin abidələrin Azərbaycanlıların olması yaddaşdan silinsin.
A.Məmmədli.
"Yenisözcü”