8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vitse-prezidentlik institutlarının formalaşdırılmasından sonra növbə Nazirlər Kabinetinə çatacaq
Ölkənin iqtisadi və maliyyə vəziyyəti haqqında verilən məlumatlar ayba-ay pisləşir. Son belə məlumatların birində deyilir ki, bu ilin 9 ayında Bakı Fond Birjasında səhm və korporativ istiqraz bazarının dövriyyəsi əvvəlki illə müqayisədə 21 dəfə geriləyib və cəmi 80 min manat təşkil edib. Əgər bu sürət davam edərsə, gələn il söhbət bir neçə yüz min manatlqı istiqraz dövriyəsi ilə üzləşəcəyik. İqtisadi vəziyyətin acınacaqlı olduğunu qiymətli kağızlarla səhmdar cəlb edilməsi prosesi də göstərir. Belə ki, əgər otən il yeni qiymətli kağızlar buraxılmaqla bir neçə şirkətin kapital artımına 109 səhmdar vəsait yatırmışdısa, bu il cəmi 15 səhmdar öz kapitalını riskə atıb.Səhmlərin təkrar bazarında isə ticarətin həcmi 4 dəfə azalıb və 2,2 milyon manat civarında olub. Səhm alış-verişi üzrə bağlanan müqavilələrin sayı da 2 min 600-dən 1500-ə düşüb. Bu bəlkə bəziləri üçün quru statistik məlumatlardan başqa bir şey deyil. Ancaq işçilərə maaş verilməməsi artıq quru statistik məlumat deyil. Məlumata görə, Qılıncoynatma Federasiyasında 17 aydır maaş verilmir. Yəni bu Federasiyada çalışanlar 17 aydır ki, evlərinə pul aparmırlar. Əlbətdə, onların başqa yerdən və ya mənbələrdən dolanıçıq imkanları olsaydı, indi onların xatirəsi haqqında danışmaq lazım gələrdi. Azərbaycan vətəndaşlarının əksəriyyəti artıq rəsmi mənbələr hesabına yaşamır. Onların qeyri-rəsmi mənbələri hesabına mövcudluqlarını sürdürülər. Əlbətdəki, hələlik. Bir neçə müddətdən sonra onların digər gəlir mənbələri də tükənəcək. Neftin ucuzlaşmağa başladığı gündən iki ildən artıq vaxt keçir və bu iki ildə hökumətin yaranmış vəziyyətdən çıxmaq üçün hansı iş gördüyü məlum deyil. Son zamanlar kənd təsərrüfatında ayrı-ayrı sahələrin inkişafı ilə bağlı fikirlər səslənir, tədbirlər keçirilir. Xüsusilə də pambıqçılıın inkişaf etdirilməsi yeni iqtisadi kurs kimi irəli sürülür. Ancaq bu cəmiyyətdə birmənalı qarşılanmır. Qey edək ki, hələ kommunizmin fikir atası hesab olunan Karl Marks "pambıq qul əməyi tələb edir” deməklə, bu bitginin yetişdirilməsi üçün ucuz işçi qüvvəsinin zəruriliyinə işarə etmişdi. Hal-hazırda pambıq yığımı dövrüdür və məlumatlara görə bu proses çox pis gedir. Bunun əsas səbəbi pambıq yığanların azlığıdır. Yəni işçi qüvvəsi çatışmır. İnsanlar istehsalçılardan yığdıqları hər kiloqrama görə 20 qəpik tələb edirlər, sahibkar isə bunu vermək imkanında deyil. Sahibkarın təklif etdiyi hər kiloqrama görə 10 qəpik isə insanlarıı qane etmir. Sovet dövründə pambıq bir növ məcburi qaydada, idarə və müəssisələrin, orta və ali məktəblərin cəlb edilməsi hesabına həyata keçirilirdi. İndi belə inzibati tədbirlər mümkün deyil. Hətta bu tədbirlərə əl atılsa, heç bir effekt verməyəcək. Deməli, pambıq istehsalı ilə bağlı xəyalları bir yana qoyub, iqtisadiyyatın inkişafı haqqında real addımlar atmaq lazımdır. Bu real addımları isə iqtisadiyyat nazirliyi düşünüb, tapmalıdır. Ancaq Şahin Mustafayevin başçılıq etdiyi İqtisadiyyat Nazirliyinin bunun öhdəsindən gəlməsi mümkün görünmür. Ümumiyyətlə, Şahin Mustafayev müstəqilliin elan olunmasından ötən 25 il ərzində bu vəzifəni tutan ən zəif nazir hesab olunur.
Hələ bu günə kimi onun bir ciddi təkliflə, uğurlu təşəbbüslə çıxış etməsinin şahidi olmamaışıq. Qeyd edək ki, Şahim Mustafayev təxminən 8 il əvvəl, 31 oktyabr 2008-ci ildə əvvəlcə iqtisadi inkişaf naziri, 2013-2016-cı illərdə isə iqtisadiyyat və sənaye naziri, 15 yanvar 2016-cı il tarixdən etibarən isə iqtisadiyyat naziri kimi ölkə iqtisadiyyatlan əsas məsul olan nazirliyə rəhbərlik edir. 8 illik nazirliyi zamanı heç bir uğurlu təklifi, proqramı və ya ideyası ilə fərqlənməyən birinin neftin ucuz olduğu indiki zamanda nə isə uğurlu bir siaysət yürüd biləcəyinə inanmaq mümkün deyil. Əgər neftin qiymətinin çox yüksək olduğu dövrdə Şahin Mustafayev heç bir uğurlu iqtisadi islahat keçirə bilməyibsə, indiki ağır zamanda bu vəzifənin öhdəsindən necə gələcək. Şahin Mustafayevin təşəbüskar və zəngin ideyaları olan biri ilə əvəzlənməsi hökumət üçün də artıq gündəm məsələ olmalıdır. Çünki, bahalı neft dövürndə hökumətin əlavə gəlir mənbəyinə ehtiyacı yox idi. İndi isə tamam fərqli vəziyyət yaranıb. Ən qısa zamanda cidii iqtisadi islahatlar, uğurlu layihələr həyata keçirilməlidir. Şahin Mustafayevin başçılıq etdiyi hökumət isə bunun öhdəsindən gəlmək gücündə deyil.
Azad Aydın,
"Yeni Sözçü"qəzeti