8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Bir müddət bundan əvvəl bazarda sağlamlıq üçün təhlükəli qənd satıldığı haqda məlumat vermişdik. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərmişdik. Artıq sorğumuza rəsmi cavab verilərək bildirilib ki, qənd istehsal edilən 12 müəssisədə insan sağlamlığı üçün təhlükəli maddə aşkar olunub".
Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında deyib.
"Agentlikdən bildirilib ki, kəllə qənd istehsalı ilə məşğul olan bütün müəssisələrdə kükürd dioksidin normadan artıq olması ilə bağlı zəruri araşdırmanın aparılması, araşdırmaların şəffaflığının təmin olunması, istehlalçıların sağlamlığına zərər vura biləcək amillərin aradan qaldırılması, zəruri tədbirlərin görülməsi ilə bağlı məktubumuz aidiyyəti üzrə baxılıb.
Bildirilib ki, "Şəkər tozu və qənddə kükürd dioksid (S02) miqdarının müəyyən edilməsinə dair Monitorinq Planı"na əsasən ölkə ərazisində fəaliyyət göstərən ticarət obyektlərindən 32 qənd istehsalçısına məxsus 64 müxtəlif əmtəə nişanı məhsuldan nümunələr götürülüb və müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinə nəticəsinə əsasən 12 istehsalçıya məxsus 24 nümunədə kükürd dioksid miqdarının normativ sənədlərdə müəyyən edilimiş normadan (15 mq/kq) artıq olduğu aşkar ediIib.
Amma nədənsə Agentlik həmin müəssisələrin adlarını və hansı cəza verildiyini açıqlamır. Bəlkə də biznesə mane olmaq istəmədikləri üçün çəkinirlər", deyə Eyyub Hüseynov qeyd edib.
Qurum sədri insan sağlamlığı üçün təhlükəli olan qəndlərin hazırlanması üsulundan bir daha söz açaraq, xatırladıb:
“Şəkər tozu qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi kükürd dioksid (SO2) əlavə edilir. Sarı rəngli məhlul bəyaz rəng alır. Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı çətinliklə ayırd edilə bilən ”ağ” kəllə qənd əldə edilir. SO2 kimyəvi maddəsindən əsasən sənayedə parça ağartma, dəri aşılama, xalça yumada istifadə olunur”.
E.Hüseynovun sözlərinə görə, MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maksimum 15 milli qram kükürd dioksid ola bilər.Musavat.com