7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Son günlər vətəndaşlar “Aİ-95” premium markalı benzinin tapılmamasından şikayətçidirlər.
Bununla bağlı sosial şəbəkələrdə tez-tez paylaşımlar edilir.
Bildirilir ki, “Aİ-95” markalı benzin SOCAR-dan “yoxa çıxıb”, tapılmır.
Bəzi sürücülər isə bunu yenidən qiymətin bahalaşacağı ilə əlaqələndirirlər.
“Gün ərzində bir neçə SOCAR yanacaqdoldurma məntəqəsinə yaxınlaşdım. Amma heç birində “Aİ-95” tapılmadı. Deyəsən, yenə qiyməti qaldıracaqlar”.
Bütün bu iddialarla bağlı SOCAR-la əlaqə saxladıq.
Sozcu.info xəbər verir ki, şirkətdən Bakupost.az -a yayılan məlumatların əsassız olduğunu bildirdilər.
“İddilar doğru deyil, hazırda belə bir problem yoxdur. Premium markalı benzin xaricdən gəlir. “Aİ-95” 2-3 saat, ən çoxu 1 gün olmaya bilər. Amma günlərlə benzinin “yoxa çıxması”, tapılmaması mümkünsüzdür”.