8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Narkotik tərkibli dərman preparatarından istifadə halları bu gün də var. Ancaq belə hallar əvvəlki illərə nisbətən azdır”.
Sozcu.info xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov deyib.
O qeyd edib ki, bu gün ölkədə reseptlərə və apteklərə nəzarət olunur, bu səbəbdən həmin dərmanların alınması halları azalıb. Direktor əlavə edib ki, bu yola adətən gənclər əl atır.
Məlumdur ki, bu kimi dərmanlar apteklərdə yalnız resept əsasında satıla bilər.
Maraqlıdır ki, belə olan halda bu dərman vasitələri necə əldə edilir?
Narkomaniya üzrə ekspert Emil Maqalov Cebhe.info-ya açıqlamasında bildirib ki, bir çox apteklər də bu işə rəvac verir:
"Guya aptekdə işləyənlərin hamısı mələkdirlər? Aptekdə də səhv adamlar, bu işlə məşğul olanlar var. Məsələn, o dərman 3 manata olur, əczaçı 25 manata satır. Ona görə də demək olar ki, çox apteklər bununla məşğuldur. Buna da polis nəzarət edir. Tutaq ki, Əhməd həkim Məmməd üçün resept yazıb, özü o resepti aldıqdan sonra başqasına verir, həmin reseptlə başqa adam da gəlib o dərmandan alır. Dərman biznesi narkotik biznesinə bərabər pul gətirir. Elə adi dərmanlar ki, onları narkotik istifadəçiləri qatqı kimi vururlar. Onların qiyməti normalda 40 qəpikdir, amma gör ki, 20 manata tapa bilirsən, ya yox". Cebhe.info