Banklar rüşvətlə kredit verir: “Həmin pul batır” - FAKT BUDUR!

Azərbaycanda problemli kreditlər 28% azalıb.

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 661,2 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 1,9 % azdır. Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 8,1 %, son 1 ildə isə 27,7 % azalıb. İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,5 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2 %, ötən il iyunun sonuna isə 6% olub.

Qeyd edək ki, bir vaxtlar ölkədə problemli kreditlərin sayı kəskin artsa da, hazırda bu istiqamətdə bir qədər azalma özünü göstərir.

O qədər də çox sayda bankın fəaliyyət göstərmədiyi ölkədə problemli kreditlərin azalma səbəbləri nə ilə bağlıdır? Əhalinin artıq kreditə ehtiyacı yoxdur, yoxsa vaxtında ödəniş bu problemi aradan qaldırıb? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, Azərbaycanda problemli kreditlərin həcminin azaldığı deyilsə də, konkretləşdirilmir:

“Kreditlər nəyin hesabına azalıb? Problemli kreditlər ödənilib, yaxud kredit götürən yoxdur və ya problemi kreditlər silinib? Qanunvericiliyə görə, ümidsiz problemli kreditlər, xüsusilə də əgər məhkəmə olubsa, silinir. Böyük ehtimalla hazırda bu səbəblərin hər biri var. Yəni kredit əvvəlki kimi çox verilmir, həm bir hissəsi qaytarılır, bir hissəsi isə silinir. Ancaq hansının həcminin nə qədər olduğunu demək çətindir”.

Ekspert bildirib ki, xeyli problemli kredit var, qaytarılmır və silinir:

“Burada banklar itkiyə məruz qalır. Təbii ki, inkişaf etmiş ölkələrdə bu qədər problemli kredit olmur. Çünki orada həm banklarda normal rəhbərlik, idarəetmə sistemi və bankların üzərində nəzarət var. Banklara Mərkəzi Bank ona görə nəzarət etməlidir ki, problemli kreditlərə o baxır. Yəni kimə və necə gəldi kredit verməsinlər. Əksər hallarda problemli kreditlərin xeyli hissəsi süni yolla yaradılır. Bank sahibləri, vəzifəli şəxslər öz yaxın şirkətlərinə, tanışlarına müəyyən rüşvət müqabilində bilərəkdən kredit verirlər ki, getsin, qayıtmasın. Heç bir girov götürmürlər, yaxud da az götürürlər və son nəticədə həmin kreditlər batır. Son bir neçə ildə Azərbaycanda 20-dən çox bank müflisləşib ki, səbəb məhz budur”.



Oxşar Xəbərlər

Xəbər lenti