8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ötən gün Bakı hava limanında elektrik enerjisinin verilişində uzun müddət fasilə yaranması xoşagələn hal deyil. Hesab edirəm ki, hava limanının fors-major hallar üçün mütləq ehtiyat variantı olmalı idi”.
Bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Bakupost.az-a açıqlamasında deyib.
Ç.Qənizadə AZAL-ın fəaliyyətilə bağlı məsələyə də diqqət çəkib:
“AZAL-ın təyyarələri çox gözəl xidmət göstərir. Lakin məsələnin başqa bir tərəfi var. Bir neçə saatlıq uçuş zamanı yüksək xidmət göstərib qiymətləri həddindən çox baha etmək qəbulolunan deyil. Quru sərhədlərimizin bağlı olduğu bir vaxtda insanlar məcburən, büdcələrinə qənaət edərək, ölkə xaricinə getmək üçün biletləri çox baha qiymətə alırlar. Bu gün AZAL-ın biletləri digər hava yollarının biletlərindən qat-qat yüksəkdir. Hətta Türk Hava Yollarında uçuş qiymətinin AZAL ilə bərabər olması, eyni zamanda THY-nın AZAL ilə müştərək reysləri şübhə yaradır. Necə ola bilər ki, müstəqil olan THY AZAL ilə müştərək uçuş həyata keçirir? Burada qiymətlərin diqtə olunmasından söhbət gedir”.
Komitə sədri hesab edir ki, AZAL monopolist təşkilatdır:
“Digər hava yollarının Azərbaycanda xidmət təklif etməsi ilə bağlı çətinliklər AZAL-ın monopoliyası ilə bağlıdır. Bu baxımdan hesab edirəm ki, AZAL-da islahatlar getməlidir. Ölkədə bütün sahələrdə islahatlar gedir, amma növbə AZAL-a çatmayıb. Əminəm ki, AZAL-da islahatlar başlasa, bu qurumda baş verən çatışmazlıqlar aradan qaldırılsa, insanların AZAL-a münasibəti dəyişəcək. AZAL yüksək xidmət göstərməyə borcludur. Eyni zamanda qiymətlərin yüksək olması da yolverilməzdir. Qonşu ölkələrin hava yolları şirkətlərinə baxanda bu, utancvericidir”.