“Sənan Əhmədovun qardaşı ilə telefon danışıqları ortaya çıxarılıb və məlum olub ki, 6 min manat...”


“Sənan Əhmədovla araşdırma apararaq, bəzi məlumatları oradan-burdan deyil, əsas mənbədən dəqiqləşdirdim”. 

Bunu “Yeni Sabah”a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib. O, bildirib ki, şəhid Səbuhi Əhmədovun qardaşının həqiqətən də 6000 manatı götürərək ona verdiyi məlum olub:

“Amma həmin pulun hərbiyə əsla, aiddiyyəti yoxdur. Yəni şəhidin hərbidəki yerinin dəyişdirilməsinə görə bu məbləğin verilməsi yalandır. 

Şəhidimiz hərbi xidmətlə bağlı olmayan səhvə yol verib, qardaşı da həmin pulu buna görə götürüb. Sənan Əhmədovun Şəhidlər Xiyabanında verdiyi yerində olmayan bir açıqlama idi. Bu açıqlamadan sonra məndə də ilkin təəssürat başqa idi. Çünki belə bir fakt həqiqətən vardısa, buna heç bir halda göz yumula bilməzdi. 

Sənan Əhmədovun şəhidlə telefon danışıqları ortaya çıxarılıb, orda hərbi xidmətlə bağlı olmayan bir məsələ ilə bağlı danışılır. 6000 manatı da şəhid Səbuhi həmin məsələyə xərcləyib. Ona görə videoda da Sənan Əhmədov ailədaxili məsələ olduğuna görə, şəhidimizin ruhu inciməməsi üçün bu mövzunun bağlanmasını utana-utana xahiş edir. 

Araşdırma nəticəsində onun özünün də, ailəsindən də, bu pis vərdişin sahibi olanların da olduğu ortaya çıxıb. Əgər kimsə nəsə deyirsə, ya bunu sübut eləməlidir, ya da həmin şəxsin yalan danışdığı məlum olacaq. 

Sənanın dediyinin – yəni Səbuhinin hərbi xidmətdə yerinin dəyişdirilməsi üçün verilən 6000 manat hissəsi yalan idi. Mən yenidən bu məsələni aşkara çıxartmaq istəmirəm. Qoyun, hamının gözündə Səbuhi şəhid kimi dəyərli qalsın. Çünki bu açıqlamadan sonra o qədər də xoş olmayan mənzərə göz önündə ola bilər. Cəmiyyətin də məsələni dərindən bilməyib, küyə gedərək mənə təhqirlər yağdırması təəssüflər doğurur. Mən isə öz haqq yolumdayam. Məni narahat edən belə bir fakt olubsa, cinayətkarın gizli saxnılması məsələsidir. Çünki o, bununla əməllərinə davam edə bilərdi".

Ordu ilə bağlı belə bir ittihama görə Sənan Əhmədovu nə gözləyir? Üzeyir Cəfərov bildirir ki, Sənan Əhmədov çaşqın vəziyyətdə belə bir fikir söyləyib: “Məsələ araşdırılandan sonra ona qardaşına görə 11000 manat sığorta pulu alacağı izah edildi. Sənana 6000 manatı götürdüyü banka ödəyəcəyi, yerdə qalan 5000 manat da ailənin istifadəsinə qalacağı bildirildi. Dövlətin də şəhid olmuşlara 11000 manat sığorta pulu verdiyini bilirsiniz.  Bu adam problemlər içindədir. Bununla əlaqədar ona kömək etmək lazımdır. Yalan danışdığı üçün araşdırmanın nəticəsi kimi hüquqi qiymət verildikdən sonra isə həbs olunacağı və ya olunmayacağı məlum olacaq".




Oxşar Xəbərlər

Xəbər lenti