Şagirdlərə müəllimi tərəfindən naməlum iynə vurulmasına Təhsil İdarəsindən AÇIQLAMA


Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində şagirdlərə qeyri-adi işgəncə verildiyi bildirilir. Bu iddia ilə mediaya 3-cü sinif şagirdləri Aylin Mehralıyeva və Zəhra Əliyevanın valideynləri çıxış ediblər.

Dediklərinə görə bir neçə gün əvvəl övladları təhsil aldıqları məktəbdə təlim-tərbiyə üzrə müəllim Zəhra tərəfindən işgəncəyə məruz qalıblar.

İddialara görə hər iki şagirdə tənəffüs zamanı iynə vurulub, gözlərinə dərman tökülüb və qara tabletkaya bənzər dərman verilib. Hətta olaydan məktəbin direktoru Vüsalə Əsədovanın da xəbəri olub.

Uşaqlara hansı məqsədlə iynə vurulması və dərman verilməsi məlum deyil.

Sozcu.info bildirir ki, məsələ ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nərmin Məmmədova Bizim.Media-ya açıqlamasında valideynlərin iddiasını əsassız sayıb:

“Məsələ ilə bağlı valideynlər elə bir şey iddia edirlər ki, düşünəndə belə mümkün tərəfi yoxdur. İdarənin əməkdaşları həmin məktəbdə olublar, məsələ araşdırılıb və tam əsassızdır. Uşaqların əl və ayaqlarındakı izlərlə bağlı isə ekspertiza təyin olunub. Cavabları çıxandan sonra nəsə demək mümkündür. Çox güman ki, 10 gün sonra ekspertiza cavablarından izlərin səbəbi müəyyənləşəcək”, - deyə qurum rəsmisi əlavə edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}