Qüdrət Əliyev HƏBS OLUNACAQ? - İDDİA VAR...


DİA.AZ: - Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.

DİA.AZ bildirir ki, Q. Əliyev onunla bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən uzaqlaşdırılıb.

Qüdrət Əliyev HƏBS OLUNACAQ?

Məlumat üçün bildirək ki, Q. Əliyev Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun dönəmində birinci müavin vəzifəsində çalışıb. Alimpaşa Məmmədovun həbsi zamanı Qüdrət Əliyev də dindirilib. Daha sonra isə Q. Əliyev Şəmkir rayon Təhsil şöbəsinə rəhbərlik edib.

DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, hazırda rayonda gəzən söhbətlərə görə, Qüdrət Əliyevin də həbsi gündəmdədir. Bildirilir ki, onun adı çirkli maliyyə işlərində hallandırılır. Bu barədə daha geniş materialımız olacaq. Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Oxşar Xəbərlər

Xəbər lenti