Rusiyanın casus şəbəkəsi çökdürüləcəkmi? -Azərbaycanda Rusiyanın 80 min cəsusunun olması haqqında da iddialar var


Bütün dünyada Rusiyanın şəbəkəsinin ifşa edilməsi, çökdürlməsi prosesi başlayıb. Norveçin təhlükəsizlik orqanları özünü Braziliyadan olan professor kimi təqdim edərək TromsoUniversitetində tədqiqat proqramına qatılan Xose Assis Giammaria Rusiya vətəndaşı, Baş Kəşfiyyat İdarəsinin zabiti Mixail Mikuşin olduğunu müəyyən edərək ölkədən çıxarıb. İstintaq zamanı məlum olub ki, Mikuşin Yekaterinburqda anadan olub və 1994-cü ildə orta məktəbi bitirib. Baş Kəşfiyyat İdarəsinin (BKİ) Hərbi Diplomatik Akademiyasının xaricdə işləmək üçün zabitlər hazırlayan 1-ci fakültəsində təhsil alıb. Akademiyada oxuduğu illərdə zabitlərin qeydiyyatda olduğubinada yaşayıb. Qeyd edək ki, Mikuşin təhsil aldığı fakultənin məzunları əsasən diplomatik toxunlmazlıq altında kəşfiyyatçı kimi fəaliyyət göstərirlər. Mikuşinin tələbə yoldaşlarından Azərbaycanda fəaliyyət göstərənlərin olduğu şübhəsizdir. Ancaq onlar bu günə kimi ifşa etmək mümkün olmayıb. Çünki onları ifşa etmək çox çətindir. Məsələn, Mikuşin anasının braziliyalı olduğunu əsas gətirərək Braziliya pasportu alıb, portuqal dilində mükəmməl danışır. 2011-ci ildə Kanadaya gedərək Kalqari Universitetində təhsil almağa başlayan Mikuşin Kanadada“tədqiqat” işi ilə məşğul olub. Arktikada yeni hərbi bazaların yaradılmasının zəruriliyini sübut edən məqalələr dərc etdirib. 2021-ci ildə Tromso Universitetində tədqiqat proqramında iştirak etmək üçün Norveçə gəlib. Bu proqrama “hibridtəhlükələrin” öyrənilməsi daxil idi. Onun fəaliyyəti təkcə Norveçlə məhdudlaşmayıb. Norveçdə ifşa edilməzdən cəmi biray əvvəl  Vilnüsdə Avropa İttifaqının dəstəyi ilə təşkil edilən və “hibrid müharibə”yə həsr olunmuş təlimdə iştirak edib.

Almaniya Daxili İşlər Nazirliyi Federal Kibertəhlükəsizlik İdarəsinin (BSI) rəhbəri Arne Şönbom Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunduqdan sonra istefa vermək məcburiyyətində qaldı. Arne Şönbomun həmtəsisçisi olduğu Alman ictimai Kibertəhlükəsizlik Şurası (Cyber-Sicherheitsrat Deutschland) vasitəsilə Rusiya kəşfiyyat xidmətləri ilə əlaqə saxladığı iddia olunur.

Təhlükəsizlik məsələləri üzrə ekspertlər hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putinin təlimatına uyğun olaraq BKİ və FTX-nin zabitləri tərəfindən şirkətlər yaradılaraq biznes platformalar üzərindən casusluq fəaliyyəti həyata keçirilib.

Qısa adı “ROSSOTRUDNİCHESTVO” olan Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliliyin də Rusiyanın xüsusixidmət orqanlarının fəaliyyət məkanlarından olduğu haqqında çoxsaylı məlumatlar var. Buna görə, bir çox ölkələrdə “ROSSOTRUDNİCHESTVO”nun fəaliyyəti qadağan edilib. Hələ ötən ilin aprelində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası “ROSSOTRUDNİCHESTVO”-ya qarşı sanksiya tətbiq edib. Bu qurumun Azərbaycan da daxil olmaqla post sovet respublikalarında separatizmi açıq şəkildə dəstəklədiyi haqqında çoxsaylı dəlillər var. Ona görə də “ROSSOTRUDNİCHESTVO”-nun Bakıdakı ofisinin də bağlanması ilə bağlı dəfələrlə təkliflər səslənib. Azərbaycanda Rusiyanın 80 min casusunun olması haqqında da iddialar var. Rusiyanın 5-ci kolonunun fəaliyyəti haqqında çoxsaylı fikirlər mövcuddur. Bütün bunlara baxmayaraq bu günə kimi Rusiyanın casus şəbəkəsinin ifşa edilməsi ilə bağlı ciddi addımlar atılmayıb. Ona görə də Rusiyanın casus şəbəkəsinin çökdürlməsi həyati əhəmiyyət kəsb etməyə başlayıb. Son günlər səslənən bir çox fikirlər bu qənaəti yaradır ki, tezliklə Rusiyanın casus şəbəkəsinin çökdürülməsi ilə bağlı qəti addımlar atıla bilər.

A.Nəbiyev
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti