18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Müşviq Səfərəliyev: “Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər”
“2025-ci ilin aprel, may, iyun aylarının əmək haqlarını və məzuniyyət pulunu hələ ala bilməmişəm”
Gəncə şəhər sakini Səfərəliyev Müşviq Həsən oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Səfərəliyev Müşviq Həsən oğlu, yazaraq xahiş edirəm ki, müraciətimi aidiyyəti qurumlara çatdırasınız.
Bildirim ki, özüm Naxçıvan şəhəri, Şərur rayonunda anadan olmuşam. Qeydiyyat ünvanım isə Gəncə şəhəridir.
04.11.2023-cü ildə “Ricon” MMC şirkətinin Goranboy rayon, Dəliməmmədli şəhərində tikilən yasayış binasında mühafizəçi işinə başlamışam. Hər gün Gəncə şəhərindən gəlib-gedirdim. Ayda 4 gün istirahət günü verirdilər. Əmək haqqımı isə ABB bankın kartı ilə alırdım.
2025-ci ilin aprel, may, iyun aylarının əmək haqlarını və məzuniyyət pulunu hələ ala bilməmişəm. Soruşanda, deyirlər ki, pulumuz yoxdur.
Şirkətin rəhbəri Rəşad İsmayılov, müavini və digər şirkətin işçiləri eyni sözü deyirlər: “pul yoxdur”.
Bildirim ki, mən tək deyiləm. Belə ki, məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər.
İyun ayının 18-dən işdən çıxmışam. Qalan iş yoldaşlarım isə avqust ayına kimi işləyiblər.
Məsələ ilə bağlı Göranboy Rayon İcra Hakimiyyətinə, prokurorluğa və məhkəməyə müraciət etmişik. Lakin açıq şəkildə əmək haqlarımızı vermirlər. Heç bir qurum da onlara təsir edə bilmir”.
Məsələ ilə bağlı şirkətin rəhbər şəxsləri ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefon zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.