18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Yevlaxda təmir işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Sozcu.info xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin keyfiyyət göstəricilərini yaxşılaşdırmaq və artan tələbatı qarşılamaq məqsədilə 9 sentyabr tarixində Yevlax Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasında təmir işləri aparılacaq. Dördpendirli pizza
Bununla əlaqədar olaraq saat 03:00-dan 07:00-dək Yevlaxın Ağqıraqlı, Balçılı, Cırdaxan, Varvara kəndləri, İravanlı qəsəbəsi, eləcə də şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.