Dünən, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
Azərbaycanda ətin qiyməti yenidən bahalaşıb. Bu artım paytaxtda 2 manat, bölgələrdə isə 1 manatdır. Belə ki, mal ətinin qiyməti 17-18 manat olub. Qoyun ətinin qiyməti isə 25 manata qədər bahalaşıb.
Mövzu ilə bağlı Metbuat.Az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, mal ətinin qiymətinin qalxmasında bir neçə səbəb rol oynayır:
“Bunlardan birincisi, otlaq sahələrinin həcminin zaman keçdikcə azalması və böyük hissəsinin isə əkin sahəsinə yönəldilməsidir. Nəticədə istehsal olunan xam malın maya dəyəri yüksəlir. Yəni otlaq sahələrinin azalması yem məhsullarının qiymətinin artmasına gətirib çıxarır. Digər tərəfdən, idxalda, xüsusən də Rusiya istiqamətində idxalda azalma daxili bazarda təklif olunan məhsulun müəyyən qədər azalmasına gətirib çıxarır və qiymətlərə mənfi təsir göstərir.
İqtisadçı qeyd edib ki, bütün bunlara əlavə olaraq ümumi inflyasiya dinamikası da qiymətlərin artımını sürətləndirir:
“Yəni adi inflyasiya göstəricilərinin qeyd olunan səbəblərin üzərinə gəlməsi nəticədə ətin qiymətində sıçrayışlı artımın olmasına səbəb olub”.