“52 GÜN DƏLİXANA HƏYATIM 11 MİN MANAT VERƏNDƏN SONRA BAŞA ÇATDI, YƏNİ “AĞILLANDIM”” – Naxçıvan sakinindən şok müraciət


Naxçıvan şəhəri, Şahbuz rayonu, Kolanı kənd sakini Ocaqverdiyev Cavid Yunif oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır:

“İllərdir oğlum Yunisli Nicatın və öz həyatımdan narahat halda yaşayıram. Kolanı kəndindəki polis özbaşınalığı artıq canımızdan bezdirib bizi. Tək mənim ailəm üçün yox, bütün kənd üçün bu təhlükə keçərlidir”.

Şikayətçinin sözlərinə görə, keçmiş polis rəisi Elnur Allahverdiyev bütün kəndin maddi imkanı normal olan sakinlərinə qarşı eyni qaydada dələduzluq edirmiş: “Təxminən 3-4 il qabaq kəndin içindən oğlum Nicatın heç bir günahı olmadan, polislər onu kobud rəfdar edə-edə polis bölməsinə aparıblar. Orada oğluma əzab əziyyət veriblər. İşgəncənin adını isə “polisə müqavimət” qoyublar. Döyülən şəxs necə müqavimət göstərməsin, özü də haqqsız yerə döyülürsə? Polis rəisi Elnur Allahverdiyevə 2 000 AZN və 2 quzu verərək qarşılığında oğlumu evə buraxdırmışam. Bu hadisə tək mənim və oğlumun başına gəlmiyib, kəndin 80 faizi bu vəziyyətdə olub.

Bir müddət keçdikdən sonra 1 adam üzümə qoydular və məni dəlixanaya göndərdilər. 52 gün orada əzab əziyyətlər gördüm. Oranın baş həkimi və köməkçiləri məni hər gün əlimi qolumu bağlayıb döyürdülər. İşgəncələr verirdilər. Səbəbini belə, soruşa bilmirdim. Təzyiq göstərirdilər. Sonradan oğlum Nicat vəziyyətimin ağır olduğunu görərək, məcbur qalıb 9000 AZN verib, məni o dəlixanadan çıxartdı.

Naxçıvan şəhəri, Şahbuz rayonu, Kolanı kəndindən müraciət etmədiyim orqan qalmıyıb. Elnur Allahverdiyevin işinə isə son verilib. Mənə dəyən 11 000 AZN  dəyərində olan ziyanı kimdən alacağımı bilmirəm?

Saytınız vasitəsilə rəsmi orqanlara bir daha  müraciət edirəm, xahiş edirəm, mənə pulumu almaqda köməklik göstərsinlər”.

P.S. Dinc kənd sakinlərindən qazanc güdən bəzi məmurlar görəsən kimlərə arxayındırla? Bu qədər insanın şikayətlərinə niyə baxılmır? Sakinlərin yazılı müraciət etmələrinə icazə verilmir, qəbul edilmir. Səbəbi isə yəqin ki, gələcəkdə yazılı ərizələrin sübut kimi istifadə oluna biləcəyindən qorxmaqlarıdır. Belə bir təsəvvür yaranır istər-istəməz, sanki oradakı məmurlar Naxçıvanı mənimsəyiblər. Çünki ancaq insan öz mülkünə, özünə məxsus olana qarşı belə azad davrana bilər.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}