8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
Ötən gecə Rusiyanın 14 regionunda raket təhlükəsi elan edilib.
Sozcu.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin bəyanatında gecə ərzində Ukraynaya məxsus 326 pilotsuz uçuş aparatının (PUA) vurularaq zərərsizləşdirildiyi bildirilir.
Məlumata görə, raket təhlükəsi Sverdlovsk, Ulyanovsk, Kurqan, Tümen, Nijni Novqorod, Samara, Penza, Orenburq və Çelyabinsk vilayətlərində, həmçinin Perm diyarı, Xantı-Mansi Muxtar Dairəsi, Udmurtiya, Tatarıstan və Çuvaşıstanda elan olunub.
Omsk vilayətinin qubernatorunun sözlərinə görə isə regionda PUA təhlükəsi barədə xəbərdarlıq edilib.
Gecə saatlarında Çeboksarı şəhəri də hücuma məruz qalıb. Yerli hakimiyyət orqanları zərər çəkmiş şəxslərin və zədələnmiş obyektlərin sayının dəqiqləşdirildiyini bildirir. Samara şəhərinin meri isə raket təhlükəsi səbəbindən ictimai nəqliyyatın hərəkətinin dayandırıldığını, metronun isə sığınacaq kimi fəaliyyət göstərdiyini açıqlayıb.
Bundan əlavə, Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində uçan 43 pilotsuz uçuş aparatının məhv edildiyini bəyan edib.
Musavat.com