Misirdə azərbaycanlı alim Özbəkistan səfirliyi tərəfindən mükafatlandırılıb-FOTO

     

Misirdə azərbaycanlı alim Özbəkistan səfirliyi tərəfindən mükafatlandırılıb-FOTO

 

     Misir Ərəb Respublikasında  fəaliyyət göstərən "Vətənpərvər” –Azərbaycanın   Misirdə Diaspor Təşkilatları Birliyinin sədri,  tədqiqatçı-alim Seymur Nəsirov, Misirdə  Özbəkistan diasporuna  verdiyi  böyük dəstəyə  və töhfələrə görə, Özbəkistan Respublikasının   Misirdəki səfirliyi tərəfindən mükafatlandırılıb. Qeyd edək ki, tədiqatçı-alim  16 ildir ki, Misirdə təhsil alan xarici tələbələrə rəhbərlik edir. Hal hazıda o, Misirdə təhsil alan 50-dən çox ölkənin 1000-dən artıq tələbəyə rəhbərlik edir. Həmçinin Qahirə Universitetində yerli və xarici tələbələrə Azərbaycan dilini tədris edir. Onun rəhbərlik etdiyi tələbələr arasında özbəkistandan da tələbələr  var.  Bununla yanaşı Seymur Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir. Diaspor rəhbəri  bu yolla Azərbaycanı bütün dünyada təbliğ etməyə çalışır.

A.Məmmədli,

"Yeni Sözçü” qəzeti

Misirdə azərbaycanlı alim Özbəkistan səfirliyi tərəfindən mükafatlandırılıb-FOTO

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}