8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qətər 4 ərəb ölkəsinin 13 maddəlik ultimatumuna cavabını Küveyt vasitəsilə Səudiyyə Ərəbistanına çatdırıb.
Ovqat.com xəbər verir ki, bu məlumatı Səudiyyə Səudiyyə Ərəbistanına aid "əl-Ərəbiyyə” telekanalı yayıb.
Məlumata görə, Kuveytin dəftərxana məsələləri üzrə dövlət katibi Məhəmməd Abdullah əs-Sabah ötən bazar ertəsi günü Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr ilə Ciddə şəhərində bir araya gələrək, cavab məktubunu təqdim edib. Cavabın detalları barədə hər hansı məlumat verilmir.
Bununla belə, Qətərin rədd cavabı verdiyinə şübhə edilmir. İstər Qətər Xarici işlər naziri əl-Saninin bu barədə dəfələrlə dilə gətirdiyi bəyanlar, istərsə də cavab məktubu alınandan sonra ultimatuma imza atan dövlətlərin Xarici işlər nazirlərinin misirli həmkarları Samih Şükri tərəfindən danışıqlara çağrılması bu ehtimalı qüvvətləndirir. Bir neçə gündən sonra Misirdə toplanacaqları bildirilən baş diplomatların Qətərlə bağlı atılacaq addımları müzakirə edəcəkləri gözlənilir.
Bildirilir ki, Qətərin Xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Sani ölkəsinin ultimatuma cavabını ötən bazar ertəsi günü Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təqdim edib.