Misirdə Respublika günü qeyd edilib.

 

Misirdə Respublika günü qeyd edilib.

 

Misir Ərəb Respublikasında fəaliyyət göstərən  "Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin mərkəzində Respublika günü ilə bağlı tədbir keçirilib. Tədbirdə, Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları,  Misirdə daimi yaşayan azərbaycanlılar, burada təhsil alan tələbələrimiz, diaspora mərkəzinin misirli və xarici tələbələri iştirak ediblər. Birliyin sədri tədqiqatçı – alim Seymur Nəsirov, 1918-ci il mayın 28-də Azərbaycan Xalqı müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaratdığını qeyd edərək, Cümhüriyyət tarixindən söhbət açaraq xalqımıza qarşı tarixlər boyu dəfələrlə soyqırım törədildiyini bildirmişdir. Qrum rəhbəri Azərbaycanın bütün bölgələrində cümhüriyyətin qurunması yolunda xalqımızın işğalçılara qarşı göstərdiyi igidlikdən və  igid oğlanlarımızın  bütün dünyaya örnək olduğunu və onlar barəsində  dəfələrlə ərəb mənbələrində və arxivlərdə rast gəldiyini qeyd etmişdir. Daha sonra tədbirdə çıxış edənlər  bu cür tədbirlərin əhəmiyyətindən danışaraq, gənclərimizi sosial şəbəkələrdə daha fəal olmağa çağırmışlar. Respublika günü münasibəti ilə keçrilən tədbirin sonunda iştirakçılara Azərbaycanın ləziz yeməklərindən ibarət  iftar süfrəsi təqdim olunmuşdur.

 A.Məmmədli.

Sozcu.info 

 



Oxşar Xəbərlər

Xəbər lenti