8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ölkədə bir çox sahələrdə islahatlar aparılsa da, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan addımlar hələ də qənaətbəxş deyil. Belə ki, ölkədə kifayət qədər saxta əlillik statusu alan vətəndaşların olmasına rəğmən, həqiqi xəstə olan insanlar əlilik statusu ala bilmir. Halbuki, belə insanlara daha həssas yanaşılmalı, onlara əlillik statusu verilməlidi ki, ayrılan təqaudlə öz dərman xərclərini ödəsinlər.
Həssas yanaşılmalı, əlillik statusu verilməli olan vətəndaşlardan biri də Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Sadıqov Səməd Bəxtiyar oğludur ki, onun kəllə-beyini xəstə, onurğası sınıq olduğu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona əlillik statusu verməkdən imtina edib. Hansı ki, bu vətəndaşın heç bir iş qabiliyyəti yoxdur, hər gün başının ağrısını kəsmək üçün ona "Dexalgin”, "Rotafen” iynələri vurulur. Buna rəğmən, sözsügedən nazirlik vətəndaşa əlillik statusu verməkdən imtina edir. Cavaba baxın, "Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. İnstrumental müayinələrin nəticələrinin yenilənməsi və dəqiqləşdirilməsi üçün əlavə müalicə təyin olunur”. Görəsən, iş qabiliyyəti olmayan bir şəxs hansı pulla müalicə olunmalıdır? Təbii ki, adı keçən vətəndaş dəfələrlə Bakıda, Şəkidə müalicə alıb, amma bu müalicələr heç bir effekt verməyib. Əslində, bu, həm də bizim səhiyyəmizin səviyyəsinin göstəricisidir. Səhiyyəsi "ölü” vəziyyətdə olan bir ölkənin vətəndaşının maddi durumu tükənibsə, hansı pulla yenidən müalicə alsın? Sözügedeən nazirlikdə isə bunun fərqinə varmadan imtina yazıblar.
Vətəndaşın vəziyyətini araşdırmadan imtina yazan məmur, yaxşı olar ki, bir az özünüzu həmin şəxsin yerində təsəvvür etsin. Məhz bu kimi məmurların yarıtmaz fəaliyyəti ucbatından həm maddi sıxıntı, həm də dözülməz ağrılarla yaşayan bu və bunun kimi insanlar nələr çəkir. Amma görünən odur ki, bu və bunun kimi insanların ağrı, üstəlik də ehtiyac içərisində yaşamaları məmurları narahat etmir. Çox güman ki, adı keçən şəxs lazımi məmurlara rüşvət versəydi, əlillik dərəcəsi ala bilərdi. Çünki dəfələrlə mətbuatda əlil olmayan şəxslərin saxta yollarla əlillik dərəcəsi aldığı vurğulanıb. Hətta xatırlayırsınızsa, ötən il Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlandığını sözügedən nazirlik özü açıqlamışdı.
Göründüyü kimi, Azərbayacanda bəzi məmurlar rüşvətlə saxta əlilik verərək dövlət büdcəsinə zərər vurmaqla məşğuldurlar, amma həqiqətən xəstə olan insanlara əlillik statusu vermək lazım gələndə əlavə müalicəyə ehtiyac yaranır. Məmurların bu yanaşması isə xalqı dövlətdən narazı salır. Amma xalqla dövlətin vəhdətinə nail olmaq lazımdır. Bunun üçün isə ölkədə insan hüquq və azadlıqları təmin edilməlidir. Yoxsa 3,6 ay Qarabağ ərazisində, Tərtərdə, Ağdərədə, Murovda hərbi xidmətdə olub, sağlamlığını vətən yolunda fəda edən vətəndaşa laqeyd münasibət bizə heç nə verməyəcək. Hətta bundan qazanan düşmən, itirən isə biz olacağıq. Gəlin, hansısa vətəndaşımızın dövlətimizə etibarının, güvənin itməsinə yol verməyək, onun sosial problemlərini həll edək.
Bildiyimiz kimi, Azərbaycan rəsmi olaraq 2013-cü ildən sosial dövlət elan olunub. Azərbaycan sosial dövlətdirsə, xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gərək öz sosiallığını qoruyub saxlaya. Təəssüf ki, bu, belə görünmür...
"Hörmətli Sahil Babayev, indi mən nə edim?”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtina cavabından sonra Şəki sakini Səməd Sadıqov "Hürriyyət” qəzeti vasitəsilə nazir Sahil Babayeva səslənib: "Hörmətli Sahil Babayev, mən 1994-cu ilin ortalarından 1998-ci ilin sonuna qədər Azərbaycanın azadlığı və bütövülyü uğrunda döyüşlərdə iştirak etmişəm. Hal-hazırda ağır vəziyyətdəyəm. İki azyaşlı məktəbli uşağım var. Özgənin evində qalıram. Özümün də əmək qabiliyyətim yoxdur. Əllərim, belim qırıq, başım travma alıb, beyin itmələrim var. Tez-tez məni qıc olma tutur, kiminsə köməyi ilə oturub-dururam. Şəki Rayon Mərkəzi Xəstəxanasında komissiya vəziyyətimi yazıb göndərir, Dövlət Sosial Müdafiə Fondu isə imtina yazır. Hörmətli Sahil Babayev, indi mən nə edim? Ailəmə baxa bilmirəm. Sosial yardım da almıram. Artıq özümə qəsd etmək həddindəyəm. Sizdən xahiş edirəm, mənə tezliklə kömək edəsiniz”.