İrandakı erməni olimpiadasında “Qağlıq Qarabağ” komandası iştirak etmir?

İrandakı erməni olimpiadasında “Qağlıq Qarabağ” komandası iştirak etmir?

 

Ənvər Börüsoy: "İran səfirliyi sadəcə yaranmış gərginlyi aradan qaldırmaq istəyir”

"Tehranın məqsədi budur ki, Dağlıq Qarabağ problemi həll olunmasın”

Bildiyimiz kimi, bir neçə gündür ki, İranda erməni icmasının 51-ci erməni olimpiadası keçirilir. 10 gün davam edəcək tədbirə İrandan və dünyanın dörd bir tərəfindən gələn 700 erməni futbol, ​​basketbol, ​​yüngül atletika, şahmat və üzgüçülük də daxil olmaqla 9 sahədə mübarizə aparır.

Qeyd edək ki, İranda 70 minə yaxın erməni yaşayır və 1964-cü ildən etibarən erməni olimpiadası hər il keçirilir. Bu yarışlar Tehranın "Ararat” kimi tanınan Ermənistan İdman Kompleksi tərəfindən təşkil olunur.

Mətbuatda yayılan məlumata görə, İranda keçirilən erməni olimpiadasında Dağlıq Qarabağ müstəqil komanda ilə çıxış edir. Dağlıq Qarabağın müstəqil komanda ilə yarışda təmsil olunması Azərbyacan ictimaiyyətində ciddi qəzəb doğurub ki, həqiqətən də bu, İranın Azərbaycanın suverenliyinə, müstəqilliyinə sayğısızlığıdır. Amma İranın Azərbaycandakı səfirliyinin dünən mətbuata açıqlamasına görə, İranda keçirilən 51-ci erməni olimpiadasında Dağlıq Qarabağdan heç bir komanda iştirak etməyib.

"Tehrandan aldığımız məlumata görə, bu oyunlarda Qarabağdan komanda iştirak etməyib”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Srğagün isə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musəvi bildirmişdi ki, o, bu barədə sadəcə mətbuatda gedən yazıları görüb: "İranda keçirilən 51-ci Erməni Olimpiadasında Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma Qarabağ rejiminin nümayəndələrinin "müstəqil respublika” kimi [M1] iştirak etməsi ilə bağlı hələ mənə xəbər gəlməyib. Bununla bağlı müraciət etmişəm”.

"İdmanın ermənisi də var?!”

İranda keçirilən 51-ci Erməni Olimpiadasında Dağlıq Qarabağın müstəqil komanda ilə çıxış etməsi ilə bağlı Qafqaz üzrə araşdırmaçı ekspert Ənvər Börüsoy "Hürriyyət”ə dedi ki, bu barədə İranın öz saytlarında şəkillər var: "İranda 51-ci erməni idman oyunları olimpiadası keçirilir. Yəni idmanın ermənisi də var?! Şahmatın erməniyə nə dəxli var. Şahmat bütün dünyanın idmanıdır. Onu kim kəşf edib? Ruslar. Yaxud da futbol dünyanın oyunudur. İngilislər kəşf edib. Bunun ermənisi var? Bütün dünyanın idmanıdır. Adını erməni idman oyunları olimpiadası qoyublar. Orada Gürcüstandan, İrandan, Livandan, Dağlıq Qarabağdan ermənilər iştirak edirlər. Bunu İranın saytları yazıb”.

"İran özünə müttəfiqlər axtarır”

Ə.Börüsoy nəzərə çatdırdı ki, iki həftə bundan qabaq Bakıda türk dövlətlərinin təhlükəsizlik nazirlərinin tədbiri keçirildi: "Burada qərara gəlindi ki, türk dövlətlərinin Təhlükəsizlik Şurası yaradılsın, Mərkəzi də Ankara olsun. Bura Qazaxıtsan, Qırğızıstan, Özbəksitan, Azərbaycan, Türkiyə daxildir, Türkmənistan isə müşahidəçi statusu ilə qatılıb. Bu da o deməkdir ki, türk dövlətlərinin təhlükəsizliyi ilə bağlı yeni addımlar atılacaq. Ərazi bütövlüyünün təmin olunması, radikalizimin qarşının alınması, ondan sonra, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət əlaqələrinin həcminin artırılması və. s nəzərdə tutulur. Bu barədə xüsusi qərar qəbul olunub və mərkəz yaradılıb. Artıq bu prosesə başlanılıb. Bu prosesin inkişafı İranın Cənubi Qafqazda və Orta Asiyada apardığı siyasətinin iflasa uğraması deməkdir. Ona görə də İran özünə müttəfiqlər axtarır. Müttəfiqlərdən də birincisi ermənilərdir. Bütün dünya ermənilərinin İran ətrafında birləşməsi üçün Tehranda erməni idman yarışları keçirilir. Eyni zamanda İran ərazisinin Türkiyə və Naxçıvan Muxtar Respublikası ilə sərhəd bölgələrində qədim Qafqaz Albaniyası tarixinin mirası olan abidələrin erməniləşdirilməsi siyasəti aparılır. Yəni məzarlıqların, kilsələrin, tarixi abidələrin abadlaşdırılması və bunların qədim erməni ərzasi kimi ortaya qoyulması siyasəti yürüdülür. Bu, birinci şərtdir”.

"Ermənilərdən ibarət 40 min nəfərlik könüllü hərbi birlik yaradılıb”

Ə. Börusoyun sözlərinə görə, ikinci şərt Suriya məsələsidir: "Suriyada böyük bir böhran var. Hamı bunu bilir və bu böhranın əsas iştiraçılarından biri də İrandır. Suriyanın ikinci ən böyük şəhəri olan Hələbdə İranın "Hizbullah” korpusunun 100 min nəfərlik qoşunu var. Əlavə ermənilərdən ibarət 40 min nəfərlik könüllü hərbi birlik yaradılıb. Adını da "Andranik ordus” qoyublar. Qulağı kəsilmiş Andranik Ozanyanın adını veriblər. Ermənilərdən ibarət terrorçu dəstənin hazırlanması istənilən vaxt onların İran üzərindən Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq üçündür. Yəni İranın məqsədi budur ki, Dağlıq Qarabağ problemi həll olunmasın. Dağlıq Qarabağ problemi həll olunmazsa, İran burada siyasətini şaxələndirə, dərinləşdirə bilər. İranın hədəfləri budur. Onun üçün də ermənilərdən bilvasitə istifadə edir və dünya ermənilərinin marağını Tehrana yönəldib. Bu məsələnin əsası 2018-ci il aprel seçkilərindən sonra qoyulub. Bu seçkilərdə ilk dəfə olaraq Ermənistanda "Daşnaksütyun” partiyası iflasa uğradı. 100 ildən yuxarı tarixi olan bu partiyanın rəhbərliyi qərara gəldi ki, "Daşnaksütyun” partiyasının mərkəzi qərargahını Tehranda yerləşdirsin. İran hökumətinin dəstəyi ilə "Daşnaksütyun” partiyası dünya ermənilərinin ictimai fikrini, sosial baxışlarını Tehrana yönəldib. İranın simasında özlərinə hami tapdılar. Yaxın Şərqdə gedən proseslərdə ermənilərin də icmaları var. Onlar ermənilərin yaşamaq hüququ məsələsini və burada iştirakını qoyurlar. Təbii ki, Yaxın Şərq ölkələrində yaşayan erməni icmalarının məqsədləri daha çox gəlir əldə etmək üçün qara bazarda silah alveri və insan orqanlarının transplantasiyasıdır. Məhz silah alveri, insan orqanlarının transplantasiyası, həm də narkotika ticarəti onların vasitəsilə həyata keçirilir. İran da bunlara bu şəraiti bir şərtlə yaradır ki, Ermənistan İranın siyasətinin yanında dursun”.

"İran sadəcə ikibaşlı oyun oynayır”

Ə. Börüsoy qeyd etdi ki, videolarda, şəkillərdə Dağlıq Qarabağ komandasının iştirakı aydın görünür: "Biz bunu birbaşa İran mənbələri əsasında ortaya qoyuruq. İran sadəcə ikibaşlı oyun oynayır. İranın bu mövqeyi Azərbaycan Respublikasının daxilində həm iqtidar, həm müxalifət, həm də cəmiyyət tərəfindən kəskin şəkildə pislənilir və İranprəsət qüvvələrin apardığı siyasətə çox sarsıdıcı bir zərbədir. Hüzur yerlərinə gedib görürsən ki, insanlar artıq İranpərəst din xadimlərini divara dirəməyə başlayıblar ki, siz dini, psixoloji, sosial baxımdan İranpərəst mövqe sərgiləyirsiniz və İran niyə düşmənçilik edir? Din xadimləri bu suala cavab verə bilmirlər. İndi İran səfirliyi belə bir bəyanat verməklə, yaranmış gərginliyi aradan qaldırmaq istəyir. İran Səfirliyinin açıqlamasının məqsədi budur, ayrı bir şey yoxdur”.

"Diplomatlar həmişə çalışırlar ki, müəyyən hadisələri neytrallaşdırsınlar”

"Azərbaycanın Xarici İşlər Nazirliyi ona görə məsələni araşdırırıq deyir ki, bu, diplomatik addımlardır. İstəmirlər ki, gərginlik müəyyən səviyyəni aşsın. Çünki qonşu ölkədir. Diplomatlar həmişə çalışırlar ki, müəyyən hadisələri neytrallaşdırsınlar. Yəni bu, diplomatik gedişlərdir. Cənubi Azərbaycanda cox ciddi şəkildə buna etiraz edirlər. Tehranın özündə yaşayan azərbaycanlılar da buna təsir göstərir”,-deyə ekspert əlavə etdi.

"O tədbirin layihəsi İsvahan şəhərində hazırlanıb”

Ə. Börüsoy onu da diqqətə çatdırdı ki, Tehranda "Ararat” adında stadion var: "Ermənilər bütün tədbirlərini orada keçirirlər. Amma o tədbirin layihəsi İsvahan şəhərində hazırlanıb. Orada Ermənistanın böyük bir ideoloji, dini mərkəzi var. O dini mərkəz o layihəni hazırlayıb”.

"XİN-dən İrana qarşı nota verilməyini gözləyirik”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə isə deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi İranda keçirilən 51-ci Erməni olimpiadasında Qarabağın müstəqil dövlət kimi iştirak etməsinə icazə verməsinə heç bir rəsmi münasibət bildirmədi: "Halbuki, biz XİN-dən İrana qarşı nota verilməyini gözləyirik. Əgər belə bir yanaşma davam edəcəksə, Tehran rejimi sabah separtçıları Tehranda qəbul edəcək, onların nümayəndəliyini açacaq. İran rejimindən bu qədər çəkinmək olmaz. Biz Fransaya, Rusiyaya etiraz notası veririksə, niyə də İrana verilməsin. Xarici İşlər Nazirliyi İran səfirini nazirliyə dəvət edib, izahat tələb etməli və nota verməlidir”.

"İran məzhəb qurşağı yaradıb”

"Göründüyü kimi, İran terroru dəstəkləyən və regionda deastiblizasiyaya xidmət edən ölkədir. Məzhəb qurşağı yaradıb, İran inqilabını regionda yaymağa cəhd edir”,-deyə politoloq vurğulayıb.

Şamo EMİN, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti