8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu yaxınlarda Seymur Nəsirovun Azərbaycana səfəri zaman Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla bu ali təhsil müəssisəsi ilə Misir Ərəb Respublikasındakı universitetlər arasında əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Görüşdə Ceyhun Məmmədov rəhbərlik etdiyi ali məktəbin xarici ölkə universitetləri, o cümlədən əı-Əzhar universiteti ilə əlaqələr qurulmasında maraqlı olduğunu qeyd etmişdir.
Görüşdə rektor Məhəmməd əl-Məhrasavi Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan universitetləri ilə əməkdaşlıq etməyə və əl-Əzhar universitetində təhsil alan azərbaycanlı tələbələrə lazımı dəstək verməyə hazır olduğunu diqqətə çatdırmışdır. O həmcinin rəhbərlik etdiyi universitetdə təhsil alan tələbələrə verdiyi dəstəyə görə diaspor rəhbəri Seymur Nəsirova təşəkürünü bildirmişdir.
Sonda onu da qeyd edək ki, Əl-Əzhər Universiteti 972-ci ildə fəaliyyətə başlayıb və hazırda orada dünyanın 115 ölkəsindən tələbə təhsil alır. Universitetdə tələbələrin ümumi sayı yüz minlərlədir. Bu universitetin Humanitar fənlər fakültəsində 300-dən çox tələbəyə Azərbaycan dili tədris olunur. Tədrisi diaspora sədrinin köməkçisi İnarə Osmanova aparır.
A.Məmmədli,
"Yeni Sözçü”