Misirdə Azərbaycan diasporu mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün yeni qrup yaradılıb.

Misirdə Azərbaycan diasporu mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün yeni qrup yaradılıb.

 


 

Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində  fəaliyyət göstərən Azərbaycan diaspor mərkəzi Azərbaycan dilini öyrənmək istəyən tələbələrin sayının çoxaldığını nəzərə alaraq yeni qrub yaradıb. Bu qrupun təşkil edilməsi münasibəti ilə keçrilən tədbirdə, "Vətənpərvər” -- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov ölkələrimiz arasında tarixi əlaqələrdən, Azərbaycanın mədəniyyətindən, incəsənətindən və turizm potensialından geniş söhbət açmışdır. Tədiqatçı alım, tələbələrə Azərbaycan dilinin öyrənilməsinin əhəmiyyətindən, onun mənimsənilməsinin qısa yollarından və ərəb dilindən alınma sözlərdən danışmaqla yanaşı, bu gün Azərbaycan dilində ərəb dilindən alınma sözlərinin sayının altı mindən çox olduğunu xüsusi vurğulamışdır. Sonda Seymur Nəsirov Azərbaycan dilini öyrənmək istəyən tələbələri maraqlandıran sualları cavablandırmışdır. Azərbaycan Diaspor Təşkilatlar Birliyinin sədrinin verdiyi məlumata görə, Misirin müxtəlif universitetlərində təhsil alan 50 dən çox tələbə Azərbaycan dilini öyrənmək üçün Qahirədəki diaspor mərkəzinə müraciət edib. Onlar üçün 22 iyun tarixindən yeni qrup yaradılıb. Tələbələrə həftədə 10 saat olmaqla iki dəfə ödənişsiz azərbaycan dilı dərsi ilə yanaşı, ölkəmizin mədəniyyəti və tarixi də tədris olunur. Hazırda mərkəzdə 19 ölkədən 230-dan çox tələbəyə Azərbaycan dili başda olmaqla müxtəlif fənnlər ödənişsiz tədris olunur. Sonda onu da qeyd edək ki, tədiqatçı-alim S.Nəsirov üç ildir Qahirə universitetində Azərbaycan dilini tədris edir. Qahirədəki diaspora mərkəzinin tələbələri artıq Azərbaycan dilindən ərəb dilinə tərcümə də edə bilirlər.

 

A.Məmmədli.

"Yeni sözcü"


Oxşar Xəbərlər

Xəbər lenti