Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Gürcüstanda ən azı 8-9 nəfər azərbaycanlı deputat seçmək imkanımız var”
Əli Babayev: "Yaxşı olardı ki, bu 30 namizədin içərisindən daha çox şansları olan 6-7 nəfəri seçərdik, səslər parçalanmazdı”
"İndiki halda Gürcüstan parlamentinə 3 deputatdan artıq azərbaycanlı seçilməyəcək...”
Oktyabrın 8-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Ötən illərdən fərqli olaraq, bu seçkidə soydaşlarımız arasında ciddi aktivlik hiss olunur. Təsadüfi deyil ki, hazırda 4 rayondan – Marneuli, Bolnisi, Dumanisi və Qardabani rayonundan ümumilikdə 30 nəfərə yaxın soydaşımız namizədliyini irəli sürüb.
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevlə söhbətimizdə seçki ərəfəsində baş verən prosesləri təhlil etməyə çalışdıq.
- Əli müəllim, Gürcüstanda yaşayan soydaşlarımız arasında kifayət qədər nüfuzunuz olsa da, bu seçkiyə qatılmaqdan imtina etdiniz. Bu, nə ilə bağlıdır?
- Mən Gürcüstan azərbaycanlılarının nümayəndəsi, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri olaraq fəaliyyətimdən razıyam. Mən deputat, hökumət rəsmisi, məmur olmasam da, çoxlu sayda soydaşımıza dəstək olmuşam, onların problemlərini həll etməyə çalışmışam və əksər hallarda buna nail olmuşam. Amma indiyə kimi parlamentdə oturan deputatlar ortaya hansısa fakt qoya bilər ki, 4 ildə nə isə edib?! İkincisi, deputat olmaq odur ki, səni millət seçir. Bəs, bizim millət nə vaxtsa öz deputatını seçib?
- Seçməyib?
- Bəli. İndiyə kimi parlamentdə oturan deputatların əksəriyyəti xalqın dəstəyi ilə seçilməyib, hakimiyyətə xidmət etdiyinə görə "seçiliblər”. Ona görə də onlar xalq üçün heç nə etməyib. Gürcüstan azərbaycanlılarından indiyə kimi parlamentdə 17 deputat olub. Kimsə deyə bilər ki, onların hansısa bu xalqdan ötrü nə isə edib?! Bu sual məni həmişə düşündürür..
- Müstəqillik dönəmindən sonra 17 deputat olub?
- Bəli. Həmin 17 nəfərdən cəmi 2 nəfər gürcü dilini bilirdi – Kamal Muradxanlı ilə, İsak Novruzov. Buna baxmayaraq, onların da fəaliyyəti sıfrın altında olub.
O ki qaldı dövlət dilini bilməyən deputatlara, onların kimisi 8 il, 12 il parlamentdə oturub, bu müddət ərzində gürcü dilini öyrənməyə də cəhd etməyiblər. Çünki, sadəcə səsvermə zamanı düyməni basmaq üçün orda oturublar. Mən fürsətdən istifadə edib onlara sual verirəm: 4 ildə bir dəfə insanların qabağına çıxıb hesabat vermisiniz? İnsanların hüquqlarının, problemlərinin həlli yollarını axtarmısınız? Təbii ki, yox. Bəs nəyə lazımdır o deputat mandatı? "Pult”u basmaq üçün? Mən elə deputat olmaq istəmirəm.
- Amma ötən illərdən fərqli olaraq bu seçkidə soydaşlarımız arasında ciddi aktivlik müşahidə olunur. Təsadüfi deyil ki, əksər dairədən 5-6 nəfər soydaşımız deputat mandatı uğrunda mübarizə aparır. Bu dəfə də onları xalqın seçəcəyinə inanmırsınız?
- Bu proses bizim millətdə həmişə olub. Əlbəttə, mənim üçün xoşdur ki, həmin namizədlərin arasında doğrudan da vətənpərvər, milli heysiyyəti olan insanlar var. Bu, yaxşıdır. Amma Marneuli, Bolnisi, Qardabani, Dumanisi seçki dairələrindən elə adamlar da namizədliyini verib ki, onlar heç vaxt Gürcüstan azərbaycanlılarının tarixində müsbət rol oynamayıb. Hansılar ki, onların bəziləri heç kəndlərin adını da yaxşı bilmir. Ona görə mən təklif edirdim ki, Gürcüstan Azərbaycanlılarının Milli Şurasını yaradaq və bu qurumda görkəmli ziyalılar toplansın və o namizədlər bir-bir hesabat versin ki, seçkiyə getməkdə məqsədi nədir. Əgər o, həqiqətən də layiq olardısa, Gürcüstan azərbaycanlıları toplum olaraq ona dəstək verərdi. Yəni həmin Şuranın üzvləri onlarla bərabər kənd-kənd gəzib, xalqa müraciət edərdi ki, bu adama səs verin...
- Bəs, Sizin təklifiniz niyə qəbul olunmadı?
- Çünki təklifi verən Əli Babayev idi. Etiraf edək ki, orda elə insanlar var ki, özündən qabağa kimsənin çıxmasını istəmirlər. Hər yerdə birinci olmaq istəyirlər. Bu baxımdan onlar belə bir qurumun yaranmasına imkan vermədilər. Amma kim ziyan çəkdi? Əlbəttə, bizim azərbaycanlı namizdələr, ümumilikdə ictimaiyyət. Çünki indiki halda əksər azərbaycanlıların qalib gəlmək şansı çox aşağıdır. Götürək, Bolnisi rayonunu. Bu rayondan "Gürcü Arzusu” Partiyasından bir nəfər gürcü – rayonun icra başçısı, 4-5 nəfər də azərbaycanlı namizədliyini verib. Əlbəttə, belə olduğu şəraitdə də seçki zamanı azərbaycanlı namizədlərin səsləri parçalanacaq və nəticədə gürcünün deputat seçilmək şansı artacaq. Bəs bunun nəticəsi nə olacaq? Millət olaraq, toplum olaraq uduzacağıq. O halda belə bir vəziyyətdə seçkiyə getməyin nə mənası var idi?!
- Ötən seçkilərdə də bir nəfər gürcüyə qarşı bir neçə azərbaycanlı namizədliyini irəli sürmüşdü?
- 2012-ci ildən əvvəl müəyyən şəxslərin namizədliyini süni surətdə irəli sürürdülər. Bu zaman məqsəd həqiqətən də soydaşlarımızın səsini parçalamaq idi. Amma, bilirsiniz ki, 2012-ci ilin 1 oktaybr seçkisi "Gürcü Arzusu”nun böyük qələbəsi, Saakaşvilinin "terror hakimiyyəti”nin süqutu ilə yekunlaşdı. Bu səbəbdən, artıq Gürcüstanda hər bir vətəndaşa imkan veriblər ki, öz konstitusiya hüququndan istifadə etsin, seçkilərə qatılsın və s. Bəli, bu yaxşıdır. Amma gərək biz həmişə nəticəni fikirləşək. Bizim Gürcüstanda 300 min nəfərdən artıq əhalidən ən azı 8-9 nəfər deputat seçmək imkanımız var. Amma biz bu prosesdə öncə toplum olaraq maariflənməliyik və düzgün mövqe tutmalıyıq. Bu halda, başda hakim partiya olmaqla, hər bir siyasi təşkilat bizə ehtiyac duyacaq. Təbii ki, seçilən deputatlar da gərək parlamentdə yatmayalar. Təkcə düyməyə basmaqla problemi həll etmək olmaz. Xalqın tələblərini səsləndirməyə çalışmalıdırlar. Bunun üçün də gərək deputatlar gürcü dilini mükəmməl bilsin. Ən əsası da ictimaiyyətdə tanınan, azərbaycanlıların problemləri ilə yaxından tanmış olan adamlar olsun. Hökumət idarələri, parlament qarşısında həmin problemləri qaldırıb, həllinə nail olmağı bacarsın.
- Sizcə, bu dəfə azərbaycanlıların hamısı öz iradələri əsasında seçkiyə qatılıb, yoxsa yenə onların bir çoxu sadəcə səsləri parçalamaq üçün meydandadır?
- Mən açıq şəkildə deyirəm ki, bu məsələdə hökumətin heç bir rolu yoxdur. O Saakaşvili hakimiyyətinin metodu idi. Bu gün ümumilikdə 30 nəfərə yaxın azərbaycanlı namizəd var. Hərəsi bir təşkilatı təmsil edir. Hətta mənim üçün sevindiricidir ki, Telavi rayonunun Qaracalar kəndindən də azərbaycanlı namizəd var. Eləcə də Saqareco rayonundan soydaşımız müstəqil şəkildə namizədliyini irəli sürüb. Bu, bir tərəfdən Gürcüstanda yaşayan azərbaycanlıların nüfuzunu qaldırmaq, digər tərəfdən onların gürcü ictimaiyyətinə inteqrasiyası üçün önəmli addımdır. Bu gün 30 nəfərə yaxın azərbaycanlının seçkiyə qatılması müsbət haldır, əvvəllər heç vaxt bu qədər namizəd olmayıb. Amma, dediyim kimi, yaxşı olardı ki, bu 30 nəfərin içərisindən daha çox şansları olan 6-7 nəfəri seçərdik və ictimaiyyət də onlara dəstək verərdi, səslər parçalanmazdı. İndi xalq bilmir ki, kimə səs versin.
- Siz namizədlərin əksəriyyətini yaxşı tanıyırsınız. Onlardan neçə nəfərin seçilmək şansı var?
- Mən belə düşünürəm ki, Gürcüstan parlamentinə 3 deputatdan artıq azərbaycanlı seçilməyəcək...
- Buna soydaşlarımızın gücü yetməyəcək, yoxsa onların qarşısında bir baryer də var?
- Baryer də var. Amma mən onu da deyim ki, burda əsas məsələ səslərin parçalanmasıdır. Tutaq ki, indi Marneulidə azərbaycanlılar bir-biri ilə mübarizə aparacaq, nəticədə bir gürcü seçiləcək, bir də azərbaycanlı. Elə də Qardabanidə də həmin proses gedəcək. Ola biər ki, ən yaxşı halda bu il parlamentdə 4 azərbaycanlı deputat olsun. Fikrimcə, bu, çox böyük qələbə olar. Amma Dumanisidə azərbaycanlı namizədin seçilmək şansı azdır. Doğrudur, belə bir şans var idi. Ordan bir nəfər daha şanslı namizəd irəli sürülsəydi, qalib gəlmək olardı. Çünki oranın deputatı keçmiş Milli Hərəkat Partiyasının üzvü olub, sonra "Gürcü Arzusu”na keçib və yerlərdə ciddi nüfuzu yoxdur. Ona görə ki, o da, atası da illər boyu Gürcüstanda torpaq monopolisti olublar. Bu baxımdan, hesab edirəm ki, nüfuzlu bir namizəd olsa, qalib gələ bilərdi.
- Əli müəllim, Gürcüstanda ümumi seçki ab-havası necədir: Sizcə, hakimiyyət bu seçkidə öz gücünü qoruyub saxlaya biləcək, yoxsa...
(Ardı var)
Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org
Oxşar Xəbərlər
“Əsas məqsədim azərbaycanlıları silkələyərək ayıltmaqdır”
“Qazprom”la SOCAR Gürcüstan uğrunda qaz müharibəsinə başlayır
Gürcüstandakı vəhabilər dövlətçiliyə qarşı ciddi təhlükədir
Gürcüstanda qarışıqlıq qaçılmazdır?
Xəbər lenti
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq