Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
İcra başçısı 3 qurumu birləşdirdi -
Rəis təyin etdi - FOTO
Şuşada bir ton çətənə kolu məhv edilib
Neft qiymətləri kəskin dönüş etdi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Əsas məqsədim azərbaycanlıları silkələyərək ayıltmaqdır”
Fərman Ceyranlı: "Əgər mən insanlarımızı aktivləşdirə bilsəm, Gürcüstan tarixində misli görünməmiş səviyyədə beyinlərdə mədəni inqilab və yeni-yeni proseslər baş verəcək”
"Çox təəssüflər olsun ki, Gürcüstanda yaşayan soydaşlarımız uzun müddətdir dövlət quruculuğu prosesində seyrçi mövqe tutmuşlar”
"Soydaşlarımızın yaşadıqları rayonlardan deputatlığa çox layiqli namizədlər var. Onlara mane olmamaq üçün Bolnisi rayonundan namizədliyimi irəli sürmüşəm”
Tibb sahəsi üzrə görkəmli mütəxəssis, tibb elmləri doktoru, professor Fərman Ceyranlı Gürcüstan tarixində deputatlığa namizədliyini irəli sürən ilk azərbaycanlı alimdir. Onun Kvemo-Kartli (Borçalı) bölgəsinin Bolnisi rayonundan parlament seçkilərində deputatlığa namizədliyinin irəli sürülməsi təkcə soydaşlarımız deyil, eyni zamanda gürcü ictimai və siyasi çevrələri tərəfindən də yüksək səviyyədə təqdir olunur. Onun namizədliyinin irəli sürülməsi Gürcüstanda yaşayan soydaşlarımız üçün yeni mərhələ sayılır. Belə ki, bu nüfuzlu elm və ictimai xadimin uzun illər əldə etdiyi uğurlar Gürcüstan dövlətçiliyinin inkişafı üçün böyük tövhələr verə bilər. Xüsusilə də onun tibb sahəsində günün tələblərinə uyğun yeni qanunların qəbul edilməsi üçün müstəsna rol oynayacağına çoxları inanır.
Bununla yanaşı, Gürcüstanda yaşayan soydaşlarımızdan kimlərin parlamentdə təmsil olunması çoxsaylı oxucularımızın dərin marağına səbəb olduğu üçün professor Fərman Ceyranlıda geniş müsahibə götürməyə qərar verdik. Onun parlament seçkilərinə qoşulmasının, məram və proqramının ana prinsiplərini öz dilindən eşitməyi ən doğru seçim saydıq.
(Əvvəli bu linkdə:
http://hurriyyet.org/11191-gurcustanda-parlament-sechkilerine-qatilan-ilk-azerbaycanli-alim.html
)
– Niyə Bolnisi rayonundan deputatlığa namizəd oldunuz? Başqa bir bölgəni də seçə bilərdiniz.
–Bu suala cavab vermək üçün daha geniş şəkildə fikirlərimi bölüşmək istəyirəm. Eynilə sual vermək olardı ki, rəhbəri olduğum "Lanset” Klinik Xəstəxanasının tikilməsi üçün 30 milyon dollar miqdarında sərmayənin qoyulmasını, bu cür modern və yüksək səviyyəli mərkəzi niyə təsis etmişəm? Həyatım boyu dinclik bilmədən çalışdığım 36 il müddətində Moskva-Bakı-Tiflis şəhərlərində özümü hər zaman Gürcüstan kökənli bir insan kimi hiss etmişəm. Mən bu torpaqda anadan olmuş, onun havasını və suyunu içmişəm. Genetik baxımdan və qan yaddaşıma görə bu torpaqlar hər zaman mənim üçün doğma və əziz olub. Moskva, Bakı və Tiflisdə çalışdığım illər ərzində daim həmyerlilərim bir həkim kimi mənə müraciətlər ediblər. Onları böyük həvəslə müayinə və müalicə etmişəm. Minlərlə etdiyim cərrahiyyə işlərimin çoxu həmyerlilərim və soydaşlarımın payına düşür. Görünür, burada bir mentalitet məsələsi də var. 36 illik yorulmaq və dinclik bilmədən çəkdiyim zəhmətimin bəhrəsi kimi, sonunda doğma Gürcüstanımızın paytaxı Tiflisdə gördüyünüz "Lanset” Klinik Xəstəxanasının inşasına nail olmuşam. Mənim əsas hədəfim xəstələrə ən yüksək səviyyədə və komfortlu tibbi xidmət, müalicə şəraitini yaratmaq olub. Artıq nə Moskvaya, nə də Bakıya müalicə olunmaq üçün getməyə kimsənin ehtiyacı qalmayıb. Biz lazım gəldiyində pasientlərimizi elə onların öz evlərində belə müalicə edirik. Bütün bunlarla yanaşı, pasientlərimizi müalicə etmək üçün pulsuz marşrutlar açmışıq. Tiflisdə çoxlu xəstəxanalar və klinikalar var. Ancaq, bununla yanaşı həmin tibb ocaqlarında işləyənlərin çoxu Azərbaycan dilini bilmirlər. Buna görə də onlar üçün böyük çətinliklər yaranırdı. Biz bu layihəni hazırlayarkən Azərbaycan Respublikasının Qərb və Şimal-Qərb bölgələrinin Bakı ilə məsafənin uzaq olmasını nəzərə alaraq, ən qısa yolun Tiflisin olduğuna önəm verdik. Artıq "Lanset” Klinik Xəstəxanası sadəcə Gürcüstan miqyasında deyil, bütün Qafqaz üzrə xüsusi mərkəzə çevrilmişdir.
Bolnisi rayonundan deputatlığa namizədliyimi verməyə gəldikdə isə, buna təsadüfdənmi deyim, xoşbəxtlikdənmi deyim, bilmirəm. Vəziyyət belə gətirdi. Görünür, bu da həm peşəmlə bağlıdır, həm də bu bölgədə yaşayanların əksəriyyətini illərdir şəxsən tanıdığıma görə baş verdi. Tək onları deyil, Borçalıdan olanların çoxunu tanıyıram. Soydaşlarımızın yaşadıqları rayonlardan deputatlığa çox layiqli namizədlər var. Onlara mane olmamaq üçün Bolnisi rayonundan namizədliyimi irəli sürmüşəm. Fikrimcə, Bolnisidən əsas rəqibim yerli icra hakimiyyətinin başçısı Qoqita Meşveanidir. Seçkidə qalib gəlməyim üçün həm də yerli əhalinin mənə olan etimadına inanıram. Bununla yanaşı, Siyasi Şurasının üzvü olduğum "Vahid Gürcüstan Partiyası” da mənə böyük həvəslə dəstək verir.
–Siz parlamentə deputat seçiləcəyiniz təqdirdə hansı addımları atacaqsınız?
–Mənim əsas məqsədim parlamentə seçilmək deyil, bu gün Gürcüstanda yaşayan bütün soydaşlarımızı, yəni azərbaycanlıları silkələyərək ayıltmaqdır. Sanki uzun illərdir yuxugətirici dərman qismində "dmidrol” verib onları qəflətdə saxlayırlar. Buna görə də soydaşlarımızı bu uyuşdurucu əzabdan ayıltmaqla, onların Gürcüstanın sosial-ictimai və siyasi həyatında fəal olmalarına çalışıram. Bu ölkədə yaşayan azərbaycanlılar ölkənin inkişafı üçün inteqrasiya etməlidirlər. Əgər mən bir mütəxəssis kimi katalizator rolunu oynayıb, bu səddi aşmaqla insanlarımızı aktivləşdirə bilsəm, Gürcüstan tarixində misli görünməmiş səviyyədə beyinlərdə mədəni inqilab və yeni-yeni proseslər baş verəcək. Mənim məqsədim odur ki,
1. Seçkilərdə milli azlıqların kütləvi şəkildə iştirak etməsinə nail olaq,
2. Seçki proseslərində pərakəndə şəklində deyil, öz seçib bəyəndiyimiz namizədin ətrafında birləşək.
Beləliklə də nəticədə bizlər istədiyimiz namizədi seçmək təcrübəsini qazanırıq. Bunun da əsas mahiyyəti ondan ibarətdir ki, xalqımız seçmək və seçilmək təcrübəsini praktik olaraq əldə etməyi öyrənir. Bu çox vacib prosesdir. Bu, dövlətin demokratikləşməsində həm də xalqın iştirakının birbaşa ana hədəfinə çevrilən bir düsturdur. Çünki, Gürcüstan bir dövlət olaraq totalitar sistemlə idarə olunan bir ölkə deyil. Gürcü xalqının irəli sürdüyü bu milli iradənin inkişafında ölkədə yaşayan digər xalqlar da fəal iştirak etməlidirlər. Çox təəssüflər olsun ki, Gürcüstanda yaşayan soydaşlarımız uzun müddətdir dövlət quruculuğu prosesində seyrçi mövqe tutmuşlar. Parlament seçkilərindən sonra, yerli bələdiyyələrə seçki prosesləri başlayacaq. Daha sonra isə, yerli bələdiyyə və icra hakimiyyəti başçılarını seçməliyik. Bizim xalqımız gürcü xalqı ilə birlikdə çiyin-çiyinə bu dövlətin inkişaf etməsi üçün var gücü ilə çalışmalıdır. Bunu öyrənməlidir. Seçmək və ya seçilmək kimi proseslərdə daim fəallıq göstərmək lazımdır. Gürcüstan qanunları demək olar ki, bu gün postsovet məkanında ən demokratik düzənə sahibdir. Beləliklə də tarixi ədalətsizliyə son qoyula bilər. Əslən Borçalıdan olan minlərlə alim və ziyalılar var ki, keçmiş Sovetlər Birliyi dönəmində onların Gürcüstanın bir dövlət olaraq inkişafında yaxından iştirak etməsinə qarşı dərin siyasətlər aparılıb. Bizim xalqımız çox istedadlıdır. Həmin istedadlar Gürcüstanın daha da güclənməsi üçün bütün intellektual imkanlarını səfərbər etməyi öyrənməlidirlər. Proseslər belə bir məcrada inkişaf etdiyi təqdirdə deyə bilmərik ki, Gürcüstan iqtidarı bizim soydaşlarımıza ögey münasibət bəsləyir. Bizləri deputat seçilməyə, yerli özünüidarəetmə strukturlarında işləməyə qoymur. Mövcud problemlərimizi dərindən təhlil etdikdə görürük ki, günahların çoxu özümüzdədir. Bizlər nə zaman Gücüstan dövlətinə inteqrasiya etdik ki, mövcud imkanlardan da bəhrələnə bilək?! Adi bir örnək deyim. Qeyd etdiyim kimi, mən özüm bir neçə il bundan öncə şəxsi təşəbbüsümlə 30 milyon dollar həcmində Gürcüstana investisiya cəlb etdim. Nəticədə "Lanset” Klinik Xıstəxanasını inşasına nail olduq. Gürcüstan hökuməti bizi "İlin ən uğurlu invesitisiyası” mükafatı ilə təltif etdi. Gürcüstan dövlətinə və cəmiyyətinə inteqrasiya bax bu deməkdir.
–Parlament seçkilərinə xeyli sayda siyasi partiyalar qatlıb. Hər partiya seçicilərə xeyli sayda vədlər verməklə seçki prosesində real görünən və ya populist ideyalarla zəngin fikirlərlə çxış edirlər. Bəs sizin təmsil olunduğunuz partiyanının irəli sürdüyü konsepsiya nədən ibarətdir?
–Biz digər partiyalardan tamamilə fərqli statusla çıxış edirik. Təmsil olunduğum Vahid Gürcüstan Partiyası ilk növbədə ölkənin ərazi bütünlüyünü əsas şərtlərdən biri hesab edir. Bundan əlavə, biz deklorativ konsepsiya ilə deyil, gerçəkliyə hesablanmış üsulla addım atırıq. Bizim əsas məqsədlərimizdən biri sivil dünyada prezident və ya baş nazir institutlarının 4-5 ildən bir iki muddətə hesablanmasına qanunla əməl edilməsini rəsmi qaydaya salmaqdır. Çünki, 8-10 il ərzində bu postlarda olan şəxslər fiziki, istərsə də əqli cəhətdən tukənirlər və həmin müddətdən çox hakimiyyətdə qalanlar klanlaşır və dolayı yolla mafiyaya çevrilərək şahlıq sisteminə keçirlər. Despotizmə xidmət edən bu yolun qarşısı qanunla alınmalıdır. İstənilən ölkəyə demokratiyanı buna hazır olan xalq və millət gətirir. Bildiyiniz kimi Tiflis şəhəri və gürcü cəmiyyəti tarix boyu demokratik ab-hava ilə yaşayıb və Qafqazda ənənəvi olaraq mədəni mərkəz kimi digər dovlətlərdən hər zaman fərqlənib. Biz məhz bu ənənələrin yenidən dirçəldilməsinə çalışacağıq. Heç kimsəyə sirr deyil ki, son 20 ildə Gürcüstanda bəzi siyasi güclər çox zaman bizim xalqın çiynində hakimiyyətə gəliblər. Onlara seçkilərdə məhz azərbaycanlılar daha çox dəstək veriblər. Bunun üçün xalqımızı günahlandıra bilmərik. Ona görə ki, azərbaycanlılar hər zaman dövlətçi mövqe nümayiş etdiriblər. Hər hansı etnik separatizm meyllərini irəli sürməyiblər. Ancaq, bütün bunlarla yanaşı, verilən dəstəyə görə bir nəfər də olsa belə soydaşımız həmin siyasi qurumların rəhbərliyində təmsil olunmayıb. İndiyə kimi adicə rayon rəhbəri səviyyəsində təmsilçiliyə imkan verilməyib. Hələ qubernator vəzifəsini demirik. Paralel olaraq ermənilər yaşayan bolgələrə diqqət yetirsək fərqli mənzərənin şahidi oluruq. Dəstək verən biz, ən cox bəhrələnən onların olması heç kimdə bu gün də şübhə doğurmur. 1996-cı ildən bəri torpaq islahatı zamanı yaranan problemlərin həllinə söz verilməsinə baxmayaraq, əməldə öz əksini tapmayıb və bu problem dərinləşməkdə davam edib. Coğrafi və tarixi yer adlarının dəyişdirilməsini hamımız bilirik. İqtidarlar bolluca vədlər versələr də ədalətə söykənərək adicə tarixi yer adları bərpa olunmayıb. Borçalı bölgəsinin kənd təsərrufatı ilə məşğul olmasını nəzərə alsaq, hansı fəlakətlərlə uzləşdiyimizi hamı təəssuf hissi ilə yad edir. Vergi nazirliyi, maliyyə polisi və prokurorluq tərəfindən aparılan reket siyasətini kimsə unutmamışdır. Fantastik cərimələr, obyektlərin qeyri-qanuni yollarla əhalinin əlindən alınması, həbslər daha çox Borçalı bolgəsindən olan vətəndaşlara tətbiq edilib. Bank sistemində yaradılan qeyri-insani mühit və qəbul etdikləri qanunlar bu gün Gürcüstan vətəndaşlarının əl-qollarını bağlayaraq faktiki olaraq onların əsirlərinə çevrilməsinə səbəb olub. Vətəndaşlar bu sistemin təzyiqləri altında inildəyirlər. Təəssüflər olsun belə bir miras hələ də davam edir. Torpaq məsələsi, kəndlərin tarixi adlarının bərpa edilməsi, bölgədə coxluq təşkil edən azərbaycanlıların rəhbər vəzifələrə gətirilməməsi, parlamentdə qanunların sabiq hakimiyyətin dövründə olduğu kimi saxlanılmasını qeyd etmək olar. Hakimiyyətlər dəyişsə də, qüsurlu qanunlar olduğu kimi qalır və bu günün tələbinə cavab vermir. Uğursuz kadr siyasətinin nəticəsi kimi peşəkarlıq deyil, partiya mənsubiyyəti nəzərə alınaraq təyinat siyasəti yürüdülür. Tamaz Meçiaurinin rəhbərliyi ilə yaradılan Vahid Gurcustan Partiyası bu problemləri həll etmək ücün mükəmməl proqrama malikdir.
"Hürriyyət”
Oxşar Xəbərlər
Əflatun Amaşovun deputat seçilməsi mətbuata nə verəcək - SORĞU
Deputatlığa namizəd Bakıda yoxa çıxıb
Aqcabədi rayonun bir qrup sakinin Ağdamlılara müraciəti
Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etdi
Xəbər lenti
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
Bu tarixlərə diqqət edin -
ŞAD XƏBƏR alacaqsınız
Qazaxda ata və qızı göldə batıb
Çin “Pax Silica”-ya qarşı “WAICO” ittifaqını yaradır
İcra başçısı 3 qurumu birləşdirdi -
Rəis təyin etdi - FOTO
Şuşada bir ton çətənə kolu məhv edilib
Cəlilabadda avtomobil uşağı vurdu
Neft qiymətləri kəskin dönüş etdi
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bu tarixlərə diqqət edin -
ŞAD XƏBƏR alacaqsınız
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!