Döyüşçü Rüxsarə Cumayeva Rauf Arifoğlunu dəstəklədi : “O, hər zaman qazilərin, şəhid ailələrinin, veteranların yanında olub...” - VİDEO

 

Döyüşcü Rüxsarə Cumayeva (Tutu) da 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunu dəstəkləyib.

O, bildirib ki, R.Arifoğlunun deputat seçilməsini ürəkdən istəyir: "Çünki hər zaman qazilərin, şəhid ailələrinin, veteranların yanında olub. Onların problemləri ilə məşğul olub. Bir səs çıxan kimi, neqativ bir hal olan kimi öz əməkdaşlarını ora göndərib ki, o problemi biz yazaq, işıqlandıraq, yoluna qoyulsun.

Rauf bəydən vətənimizin, millətimizin, ən başlıcası dövlətimizin qorunması üçün çox şey gözləyirəm. Qarabağ bura gələn deyil, biz Qarabağa gedəcəyik. İnanıram ki, Rauf bəyin Qarabağdan ötrü parlamentdə deyəcəyi sözlər çox olacaq. O sözlər də Ali Baş Komandanın əmri ilə həyata keçiriləcək.

Uğurlar diləyirəm. İnanıram ki, qələbə sizinlə olacaq, Rauf bəy. Siz də bizim sözümüzü, ismarıcımızı parlamentdə səsləndirəcəksiz”.


 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}