Mehriban Zeynalova da Rauf Arifoğlunu dəstəklədi :“Rauf bəy millət üçün əlindən gələni etməyə qadir insandır” - VİDEO

 

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunu dəstəkləyib.

O, bildirib ki, R.Arifoğlunun rəhbərlik etdiyi mətbuat orqanı hər zaman qeyri-hökumət təşkilatlarının yanında və onun problemlərinin həllində iştirakçı olub: "Bizim qeyri-hökumət təşkilatları olaraq çoxlu problemlərimiz, qayğılarımız olur. Hətta qəbul olunmayan ideyalar da olur. "Yeni Müsavat” bizim bu ideyalarımıza inanıb, dəstəkləyib.

Hətta bəzi hallarda o tanınmış simalara qarşı hücumlar olanda, onların müdafiəçisinə çevrilib, yanlarında olub. Ona görə də bu, həm də bir vəfa borcudur ki, bu gün Rauf bəyin yanındayıq və onu dəstəkləyirik. Rauf bəy o şəxslərdəndir ki, hətta qarşı-qarşıya gəldiyi şəxslərlə belə, qarşıdurma yaratmır. O, məsələləri başqa formada, fərqli imic, yeni yanaşma ilə çözməyin tərəfdarıdır. Biz ona uğurlar diləyə bilərik.

Təbii ki, seçimi xalq edəcək, həmin ərazidə olan seçicilər öz sözünü deyəcək. Amma həmin ərazidə hansısa tanışımız, dostumuz varsa, onları seçkidə aktiv olmağa çağıracağıq. O adam qalib olsun ki, xalqın səsini qazanmış olsun. Gələcək üçün, millət üçün əlindən gələni etməyə qadir olan insanın seçkini qazanmasını arzu edirəm. Hesab edirəm ki, Rauf bəy də o şəxslərdəndir. Ona görə də ona uğurlar arzu edirəm”.


 


Oxşar Xəbərlər

Xəbər lenti