25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Son günlərdə Gürcüstan ictimayətində, sosial şəbəkələrdə Gürcüstan vətəndaşları olan Gürcüstan türklərinə qarşı təhdid və təhqirləri, xoşagəlməz və aqressiv bəyanatları təəssüflə izləyirik.
Məlum olduğu kimi Gürcüstan Əlyazmalar Mərkəzinin rəhbəri, Zaza Abaşidze "Facebook" sosial şəbəkəsi vasitəsiylə paylaşdığı statusunda, soydaşlarımıza qarşı "Marneulidə onları kənddə saxlamalı və onları qırmaq lazımdır" deyə təhqiramiz ifadələr işlədib.
Bir müddət əvvəl də Gürcüstanda COVİD-19 virusunun yayılması ilə əlaqədar Gürcüstan türkləri təqsirli bilinərək təhdid və təhqirlərə məruz qalmışdırlar.
Bu cür halların birmənalı qarşısı alınmalıdır. Kimliyindən aslı olmayaraq soydaşlarımızı təhqir edən hər kəs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır!
Gürcüstan hüquqi və dünyəvi dövlətdir. Hər kəsin hüquq və azadlıqları bərabərdir. Gürcüstan türkləri Gürcüstanın bərabər hüquqlu vətəndaşlarıdır.
Milli məsələləri bilərəkdən, yaxud təcrübəsizlikdən istifadə edərək təhdid və təhqirlər edənlərə DUR deyilməlidir!
Gürcüstan türklərin tarixi vətənidir. Gürcüstan türkləri gəlmə deyil, Gürcüstanın aborigen əhalisidir.
Dilimiz, dinimiz, mədəniyyətimiz, adətimiz, tariximiz Gürcüstanın zənginliyidir. Gürcüstan dövləti sadəcə gürcülərin dövləti deyil, eyni zamanda Gürcüstan türklərinin də dövlətidir.
Soydaş İctimai Birliyi olaraq soydaşlarımızın yaşadıqları ölkələrdə hüquqi dövlət, dünyəvi dövlət, hüquq və azadlıqların təminatı, bərabər hüquqlu vətəndaşlıq kimi prinsipləri müdafiə edirik.
Soydaş İctimai Birliyi