Tanınmış müğənni azadlığa buraxıldı
Polkovnik işdən çıxdı
İcra başçısından ŞOK addım: “TikTok” videosuna görə...
Müasir Azərbaycanın taleyini müəyyən edən Liderlik missiyası
Ruslan Eyyubovun dəniz sahilində 15 hektarlıq malikanəsi üzə çıxdı -
Gizli liman?
Mehriban Əliyeva Prezidenti belə təbrik etdi -
VİDEO
Bu gün İlham Əliyevin ad günüdür
İnsanpərvərlik və Ədalət: Əfv və Amnistiya Aktları Dövlət Siyasəti Kimi
Multikulturalizm və Tolerantlıq: Azərbaycanın Humanizm Modeli
Xalqın İçində: Cənab Prezidentin Ad Günlərini Azad Ərazilərdə Keçirmə Ənənəsi
Azad Edilmiş Torpaqların İqtisadi İntibahı: Ağdam və "Araz Vadisi" Sənaye Parkları
Cənab İlham Əliyevin Zəfər Seçkisi və Xalqın Sarsılmaz Etimadı
Əvvəlki
Sonrakı
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
Dünən, 18:26
Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
18-12-2025, 11:11
Türkiyə bu müdafiə sistemini Rusiyaya geri qaytarır
18-12-2025, 01:05
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
25-11-2025, 15:01
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Vətəndaşlar Ali Baş Komandana yazırlar:
"Hər zaman Sizin arxanızdayıq"
Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevə 10 minlərlə məktub və müraciətlər gəlir. Hazırda Türk - İslam arealının, Qafqaz regionunun və özəlliklə də Azərbaycanın ən sevilən, ən reytinqli ismi İlham Əliyevdir. Çoxsaylı məlum havadarlarının olmasına baxmayaraq, işğalçı Ermənistana qarşı cəsarətlə başladılan Vətən müharibəsi, onun uğurla davam etməsi Prezidentimizi haqlı olaraq diqqət və heyranlıq mərkəzinə gətirib.
Ona dünyanın hər yerindən, daha çox da Azərbaycan xalqından məktub və müraciətlər yağır. Türkiyə, Pakistan, Ərəb ölkələrindən, Avropadan gələn məktubların bir qismini dünən saytımızda dərc etmişik.
Musavat.com
olaraq bu gün yeni məktub və müraciətləri tarixin və oxucuların diqqətinə çatdırırıq.
Ahmet Hulisi Arslandan, Kocaeli, Türkiyə
Hörmətli cənab Prezident.
Torpaqlarınızın azadlığı üçün göstərdiyiniz əzm və qətiyyəti alqışlayır, baş verən hadisələri qürurla izləyirəm. Mən ürək və damar xəstəlikləri üzrə cərraham. Müharibə və sülh şəraitində Azərbaycan naminə üzərimə düşən, əlimdən gələn nə varsa etməyə hazıram. Bu səbəbdən mən də əsgəriniz olaraq əmrinizi gözləyirəm.
Vüqar Səvzəliyevdən, Sakarya, Türkiyə
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Mən əslən azərbaycanlıyam, hazırda Türkiyə Respublikasının vətəndaşı kimi Sakarya şəhərində yaşayıram. Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr təhsilim var. Elmi işlərimi davam etdirirəm. Elmi işimin mövzusu beynəlxalq hüquqa görə Qarabağın statusu ilə bağlı olacacaqdır. Sizin Qarabağ mövzusundakı qətiyyətli siyasətinizi qürurla izləyirik. Bu günlərdə Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusunun yazdığı tarixə şahidlik edirik. Ailəm və buradakı bütün dostlarım Azərbaycan Ordusunun və Sizin bu müqəddəs savaşınızdakı addımları dəstəkləyir.
Azərbaycanın xaricdə yaşayan diaspor üzvləri olaraq Sizin Qarabağın azad edilməsi uğrunda göstərdiyiniz səyi təqdir edirik. Bu barədə mən də şeirlərimlə və qələmimlə Vətənimizə xidmət edirəm.
Zəfər Sizinlə olsun. Eşq olsun Azərbaycanın Ali Baş Komandanına və Ordusuna!
Emil Adıgözəlovdan, Bakı, Azərbaycan
Cənab Prezidentimiz.
Bu məktubu yazmaqda məqsədim ailəm və bütün xalqımız adından Sizə və şanlı Ordumuza minnətdarlığımızı bildirməkdir.
Uca Rəbbim Sizin rəhbərliyiniz altında şanlı tarix yazan rəşadətli Ordumuzu qorusun! Sizə tam əminliklə demək istəyirəm ki, bu çətin günlərdə daha da sıx birləşən xalqımızın ümummilli rəhbəri, ümummilli Ali Baş Komandanısınız. İqtidarlı-müxalifətli bütün xalqımız Sizin ətrafınızda sıx birləşib və sona qədər Sizinlədir.
Uca Rəbbim Sizi bizə çox görməsin.
Qələbə bizimdir, zəfər bizimlədir!
Fərrux Ağakişiyevdən, Oğuz, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
83 yaşlı ahıl Azərbaycan vətəndaşı kimi Sizi səmimi qəlbdən salamlayır və Ulu Tanrıdan Sizə möhkəm cansağlığı arzulayıram. O gün olsun ki, Sizin apardığınız uğurlu siyasət nəticəsində erməni faşistləri üzərində şanlı Ordumuz tam qələbə çalsın, dövlətimizin üçrəngli möhtəşəm Bayrağı Laçında, Kəlbəcərdə, Şuşada, Xankəndidə və işğal olunmuş digər rayonlarımızda dalğalansın. Ordumuzun hər bir uğurlu əməliyyatı xalqımızı sevindirir və tam Qələbəmizə inamını artırır. Eşq olsun Azərbaycanın şanlı Ordusuna! Erməni ordusunun başıboş komandanları anlaya bilmədi ki, bir ovuc işğalçı on milyonluq xalqın intiqam hissi ilə alovlanan əsgərlərinə qalib gələ bilməz. Onların dirənişi tülkünün filə qarşı savaşına bənzəyir.
Cənab Ali Baş Komandan, ilanı öldürmək azdır, gərək onun başını elə əzəsən ki, o bir daha sürünə də bilməsin. İndi elə vəziyyət yaranıb ki, biz gərək onların başını ilan başı kimi əzək. Onlar bir daha Qarabağ adı çəkə bilməsinlər, xülyalarında olan “Böyük Ermənistan“ arzusu ürəklərində buz parçası kimi donub qalsın.
Möhtərəm Prezident, Siz eyni zamanda üç düşmənlə - erməni faşistlər, COVID-19 və öz daxilimizdə olan düşmənlə, “Beşinci kolon”la vuruşursunuz. Xalqımız əmindir ki, bu savaşların hamısında qalib olacaqsınız. Bu qalibiyyətinizlə Sizin adınız tarixə qızıl hərflərlə düşəcək.
Cənab Prezident, Sizin xalqa müraciətinizi izlədim. Çox mənalı, qəti və kəsərli çıxış idi.
Allah Sizi qorusun! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!
Xaliq İbrahimovdan, Bakı, Azərbaycan
Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız.
Xalqımız Sizinlə qürur duyur, fəxr edir. Sizə arxalanır və inanırıq. Bu çətin və həlledici zamanda Sizin ətrafınızda daha da sıx birləşmişik. İnanırıq ki, Sizin səyləriniz nəticəsində illərdən bəri davam edən bu problemin öhdəsindən birlikdə və layiqincə gələcəyik. Sizə cansağlığı və tükənməz güc-qüvvət arzulayıram.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Ruhiyyə İmanovadan, Füzuli, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bu gün bu məktubu Sizə Füzuli rayon sakini, hərbçi ailəsi və təhsil işçisi olaraq ünvanlayıram. 27 il Vətən həsrəti ilə yaşayan bizlərə Qələbə sevincini yaşadan Ali Baş Komandanımız, biz Sizin siyasətinizi dəstəkləyirik. Məcburi köçkünlərə göstərdiyiniz qayğı və diqqətə görə, bu gün doğma torpaqlarımızn işğaldan azad olunmasına görə Sizə və Sizin döyüş əmrinizi yerinə yetirən güclü Ordumuza təşəkkür edirik. Hər zaman Sizin və müzəffər Ordumuzun arxasındayıq.
Bu gün Siz Ali Baş Komandan kimi öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz, mənfur düşmənimizi öz uzaqgörən siyasətinizlə bir daha məğlub etdiniz. Həm siyasi meydanda, həm döyüş meydanında “Qarabağ Azərbaycandır!” sözünü yazdınız.
Bu gün uşaqdan böyüyə hər bir Azərbaycan vətəndaşı Sizin ətrafınızda sıx birləşərək, bizi böyük Qələbəyə aparacağınıza, tez bir zamanda üçrəngli bayrağımızın Şuşada dalğalandırılacağına inanırlar.
Cənab Prezident, Füzuli rayon təhsil işçiləri, hərbçi ailələri, bütün Füzuli rayon sakinləri hər zaman Sizin göstərişlərinizə əməl etməyə, ehtiyac olarsa, ordu sıralarında xidmət etməyə hazırdır.
Taryel Şahbazovdan, Füzuli, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Mən Füzuli rayon sakini olaraq, öz adımdan və rəhbəri olduğum “Araz” kəndli fermer təsərrüfatının kollektivi adından doğma Qarabağımızın bir hissəsini işğaldan azad etdiyinizə görə Sizə və müzəffər Ordumuza təşəkkürümü bildirir, bu haqq yolunda Sizlərə daha böyük uğurlar arzulayıram. Yaxın zamanda bütün xalqımızı böyük Qələbə xəbəri ilə sevindirəcəyinizə inanırıq. Hər zaman Sizin arxanızdayıq.
Uca Allah Sizi və əmrinizdə olan rəşadətli Ordumuzu qorusun!
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!
Xəlil Bağırovdan, Ağdam, Azərbaycan
Hörmətli Prezidentim.
Ağdam rayonunun ziyalısı kimi Sizə öz adımdan, ailəmiz adından təşəkkür edir və dərin minnətdarlığımı bildirirəm. Azad olunan hər bir qarış Vətən torpağı üçün ürəkdən sevinirəm. Bu sevincə görə Sizə və qüdrətli Ordumuza minnətdarıq. Sizin xarici telekanallara müsahibələriniz zamanı verilən suallara ətraflı və əsaslı cavablarınız hər bir Azərbaycan vətəndaşının cavabıdır. Bu, şəxsən Sizin informasiya savaşında düşmən üzərində qələbənizdir. Buna görə də Sizə minnətdarlığımı bildirirəm.
Allah Sizi və Ordumuzu qorusun!
Eldar Hüseynlidən, Kəlbəcər, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bu məktubu Sizə yazan iyirmi yeddi ildir torpaq, yurd həsrəti ilə yaşayan, bir gün belə o yerlərə qayıtmaq ümidini itirməyən, Kəlbəcər rayonundan olan səksən yaşlı məcburi köçkündür. Cənab Prezident, Siz uzaqgörən və məqsədyönlü siyasətinizlə həmişə ölkəmiz və xalqımız üçün çox böyük işlər görmüsünüz. Biz qətiyyətlə inanmışıq ki, sayənizdə bir gün gələcək, hamımız öz doğma torpaqlarımıza, el-obamıza qayıdacağıq. Çox şükür ki, həmin gün gəlib çatıb. Gözəl və əsrarəngiz təbiəti, yeraltı və yerüstü zəngin təbii sərvətləri olan Kəlbəcərə tezliklə geri dönəcəyimiz günü səbirsizliklə gözləyirik.
Əziz Prezidentim, təbiətinin gözəlliyi ilə həmişə İsveçrəyə bənzədilən Kəlbəcər rayonunda, dünyaca məşhur müalicəvi suyu olan “İstisu”da Sizi və Birinci vitse-prezidentimiz Mehriban xanımı qonaq etmək biz kəlbəcərlilərin ən böyük arzusudur.
Sizə inanırıq, Sizə güvənirik.
Qələbə bizimdir, Qarabağ Azərbaycandır!
Allah Sizi bizə çox görməsin.
Telman Həsənovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
İşğal altında olan torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi həyatda ən böyük sevincimiz və arzularımız olub. Biz ağcabədililər, eləcə də bütün Azərbaycan xalqı Sizinlə fəxr edir və belə bir Ali Baş Komandanımız olduğu üçün qürur duyuruq. Bizim rayonun əraziləri atəşə məruz qalsa da işıqlarımız yanır, cəbhədə gedən hadisələri televiziya vasitəsi ilə izləyirik. Biz Sizi çox sevirik, cənab Prezident. Azərbaycanımızın çiçəklənməsi, ərazi bütövlüyümüzün bərpası və müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün gördüyünüz bütün uğurlu işlər üçün Sizə minnətdarlığımızı bildiririk. Bu şərəfli, müqəddəs işlərinizdə uca Allah köməyiniz olsun.
Mətanət Axundzadədən, Gəncə, Azərbaycan
Qüdrətli Prezidentimiz.
Mənim 10 yaşım var, 5-ci sinifdə oxuyuram. Yaşımın az olmasına baxmayaraq torpaqlarımızın azadlığı uğrunda ölməyə belə hazıram.
Biz Gəncədə yaşayırıq və bura düşmən ordusu tərəfindən tez-tez raketlər atılır. Amma biz heç nədən qorxmuruq, çünki bizim Sizin kimi Ali Baş Komandanımız və güclü Ordumuz var.
Yaşasın Prezidentimiz! Yaşasın Azərbaycan Ordusu!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Elmir Məmmədzadədən, Füzuli, Azərbaycan
Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan.
Bir Füzuli rayon sakini kimi, dərin minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda yorulmaz fəaliyyətiniz və Ordumuzun rəşadəti sayəsində tam Qələbəmizə lap az qalır. İnşallah, şanlı Bayrağımız Şuşada, Xankəndidə, bütün Qarabağımızda fəxarətlə dalğalansın.
Uca Tanrı Sizi və igid Azərbaycan əsgərlərini qorusun!
Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır!
Eşq olsun şanlı Ordumuza!
Rövnəq Məmmədovdan, Lənkəran, Azərbaycan
Çox hörmətli və əziz Prezdentimiz.
Əvvəla, Sizə dərin hörmətimi bildirir, salamlarımı çatdırıram. Mən sevincimdən göz yaşları tökürəm. Bu göz yaşları sevincimin yalnız bir hissəsidir. Belə bir sevinci sözlə tam ifadə etmək çox çətindir. Azərbaycanın şanlı qələbəsi üçün Siz Ulu Öndərin siyasi yolunu davam etdirərək, Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrətini, dünya arenasında siyasi hörmətini artıraraq Azərbaycanın gücünü mənfur düşmənə və havadarlarına göstərdiniz. Siz Azərbaycan xalqının və dövlətinin tükənməz qüvvəsi, sönməz günəşisiniz. Günəş üfüqə qalxdıqca onun işığı və hərarəti bütün qaranlıqlara həyat verərək işıqlandırır.
Cənab Prezident, qələbələrimiz münasibəti ilə Sizi və şanlı Ordumuzu təbrik edirəm. Ulu Tanrı qəlbinizin odlu hərarətini Azərbaycan xalqından əskik etməsin.
Qarabağ Azərbaycandır!
Manaf Süleymanovdan, Biləsuvar, Azərbaycan
Hörmətli cənab Prezident.
Ailəm adından və şəxsən öz adımdan Sizi, ailənizi, xalqımızı və bütövlükdə dövlətimizi təbrik edirəm. Neçə illərdir bizim bu gözəl torpaqlarımız üstündə gedən mübahisələrə son qoyaraq tarix yazırsınız. İnanıram ki, xalq üçün bu, əbədi tarix olacaqdır. Bütün siyasi partiyaları və xalqı Sizin uzaqgörən siyasətiniz birləşdirmişdir. Bu xalq hər zaman Sizi dəstəkləyəcəkdir. Mən Cəbrayıl şəhərinin işğaldan azad olunduğunu eşidəndə özümü saxlaya bilmədim, gözümdən yaş axdı. “İlahi sənə şükür, hansı şad xəbəri mən eşidirəm!” - dedim.
Tanrı hər zaman Sizi sevindirsin, cənab Prezident.
Qaraxan Teymurovdan, Füzuli, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
27 illik Füzuli həsrətimə son qoyduğunuz üçün Sizə təşəkkür edirik. Bütün Azərbaycan xalqı kimi füzulililər də daim Sizinlədir. Vətən qarşısında bu müqəddəs xidmətiniz yalnız bizim hərb tariximizə deyil, bütün dünya tarixinə qızıl hərflərlə yazılacaqdır.
Eşq olsun Prezidentimizə!
Eşq olsun Ordumuza!
Fuad Kərimovdan, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident.
Ermənistanın növbəti təxribatlarına cavab olaraq rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 30 ilə yaxın düşmən tapdağında qalan doğma torpaqlarımız işğaldan azad olunur. Sizi qazanılan qələbələr münasibətilə təbrik edirəm. Qələbə və uğurlarınız bol olsun!
Allah Sizə Qarabağda yeni yolların, müəssisələrin açılışını qismət etsin.
Oxşar Xəbərlər
Ali Baş Komandana məktublar var:
Tramp İlham Əliyevə məktub göndərib - “İslahatları davam etdirməyinizi dəstəkləyirəm”
Türkiyə vətəndaşları Azərbaycan Prezidentinə yazırlar - “Döyüşlərdə iştirak üçün əmrinizi gözləyirik”
Avropa İttifaqının rəhbərləri prezident İlham Əliyevə məktub göndərib –"Ümidvarıq ki, əməkdaşlığımız bundan sonra da davam edəcək"
Xəbər lenti
Tanınmış müğənni azadlığa buraxıldı
Yağış, qar... - Sabahın havası
Birqütblü dünya düzəni daha da güclənir-Xəqani Cəfərli yazır
Polkovnik işdən çıxdı
İcra başçısından ŞOK addım: “TikTok” videosuna görə...
Müasir Azərbaycanın taleyini müəyyən edən Liderlik missiyası
Ruslan Eyyubovun dəniz sahilində 15 hektarlıq malikanəsi üzə çıxdı -
Gizli liman?
Mehriban Əliyeva Prezidenti belə təbrik etdi -
VİDEO
Bu gün İlham Əliyevin ad günüdür
İnsanpərvərlik və Ədalət: Əfv və Amnistiya Aktları Dövlət Siyasəti Kimi
Multikulturalizm və Tolerantlıq: Azərbaycanın Humanizm Modeli
Xalqın İçində: Cənab Prezidentin Ad Günlərini Azad Ərazilərdə Keçirmə Ənənəsi
Azad Edilmiş Torpaqların İqtisadi İntibahı: Ağdam və "Araz Vadisi" Sənaye Parkları
Cənab İlham Əliyevin Zəfər Seçkisi və Xalqın Sarsılmaz Etimadı
Həkimlərin hərbi xidmət müddətinin azaldılması təklif olunur
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
Elşad Abdullayevə hökm oxundu
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
Direktorun evindən kollecə məxsus texnikalar tapıldı
Milyonluq qaçaqmalçılıq zənciri İFŞA EDİLDİ:
Vəzifəli şəxslər SAXLANILDILAR - ADLAR
İlham Əliyev Xocalıdadır -
FOTOLAR
Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi
Şuşa ilə bağlı bu qayda dəyişir -
Bundan sonra belə olacaq
Prezident Xankəndinin Kərkicahan qəsəbəsinə getdi -
FOTOLAR
Milli Məclis Prezidenti təbrik etdi
Milli Məclisin növbəti iclası başladı
1399-cu gün:
Rusiyanın itkiləri yeniləndi
Ötən gün pirotexniki vasitələr satan 4 nəfər saxlanılıb
İşsiz qalan vətəndaşın kredit borcunu sığorta ödəyə bilər?
200 manatlıq sosial yardım belə ödəniləcək
Hacı Mazanın polkovnik oğlu işdən çıxarıldı
Xəzər dənizində güclü zəlzələ oldu
Tapdığınız əşya nə zaman sizinki sayılır?
Ceyhun Rəhmanova vəzifə verildi
İlham Əliyev-müdrik strateq və praqmatik liderlik nümunəsi-Elşad Mirbəşir oğlu yazır
13 yaşlı qız evli qohumundan hamilə qaldı -
Ailəsi şikayətçi olmadı...
Kolleclərə yeni təyinatlar -
FOTO
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edildi
Baş nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Prezidentin 2181 saylı Fərmanı korrupsiyanın caynağında
Cəlilabad sakini ona “Müharibə veteranı” statusunun verilməməsinə ETİRAZ EDİR -
MÜRACİƏT
Vəzifə verdiyi şəxsi bir neçə gün sonra işdən çıxardı
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb -
RƏQƏMLƏR
Ən kəskin respirator virus infeksiyaları yayılır -
RƏSMİ
Bayramda 1 həftə evdəyik? -
İzah
Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olublar -
TƏFƏRRÜAT
Avtomobil bazarına ağır zərbə, maşınlar əllərində qaldı
İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı
Amnistiya aktının icrasına başlanıldı
Vanqanın 2026-cı il üçün ŞOK proqnozları
PRİZMA
İlham Əliyev-müdrik strateq və praqmatik liderlik nümunəsi-Elşad Mirbəşir oğlu yazır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
TƏHLİL
Birqütblü dünya düzəni daha da güclənir-Xəqani Cəfərli yazır
SOSİAL
1
2
3
4
5
6
Yağış, qar... - Sabahın havası
İşsiz qalan vətəndaşın kredit borcunu sığorta ödəyə bilər?
200 manatlıq sosial yardım belə ödəniləcək
13 yaşlı qız evli qohumundan hamilə qaldı -
Ailəsi şikayətçi olmadı...
Bayramda 1 həftə evdəyik? -
İzah
Pensiya alanlara
ŞAD XƏBƏR