8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
07.05.2021-ci il tarixində, [email protected] email ünvanından daxil olan məktubunuza cavab olaraq bildirmək istəyirdik, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün 2020—ci ilin iyul ayından bu günə qədər yoluxma hallarının minimuma endirilməsi istiqamətində işçilər arasında aparılan maarifləndirmə və təbliğat tədbirləri həyata keçirir.
Azərsu ASC- də 1400 –dən yuxarı işçi COVİD-19 infeksiyasına yoluxmuşdur. İlkin mərhələdə dünyasını dəyişən əməkdaşların ailələrinə maddi və ərzaq yadımı, ikinci mərhələdə daha ağır keçirənlərə bu günki günə qədər maddi yardım və infeksiyaya yoluxan digər əməkdaşlara yardım mərhələli şəkildə davam edir. (Ərzaq yardımı Yanvar-Mart və Ramazan ayı ilə əlaqədar olaraq aparılır.) Hal-hazırda da bir qrup işçimiz ərzaq yardımı ilə əlaqədar olaraq, ezamiyyətdədir. (Lazım gələrsə,daha detallı məlumat verərik)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün 6945 nəfər işçimizin testdən keçirməsini , 5000-dən yuxarı işçimizin vaksinasiya olunmasını təmin etmişdir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərə yardım edib. Belə ki, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət və sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrini rəhbər tutaraq, Koronovirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 30.000 manat, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 300.000 manat vəsait köçürüb. Eyni zamanda Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 277 aztəminatlı işçilərə ərzaq sovqatı paylayıb. İşçilərin sosial müdafiəsini təmin etmək üçün 8600 əməkdaşın əmək haqları ödənilməklə məzuniyyətə buraxılıb.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) və Qarabağ Dirçəliş Fonduna maddi yardım göstərmişdir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi davamlı olaraq ofis, istehsal sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır və mühüm profilaktik tədbirlər həyata keçirilir.
QEYD 1. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov hər zaman iş məsuliyyətini yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirdiyinə görə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına və Respublika Komitəsinə dəfələrlə işçilər tərəfindən “Minnətdarlıq məktubları” daxil olmuşdur.Nümunə üçün bir məktubu Sizə göndəririk. Lazım gələrsə, digərlərini də əlavə edə bilərik.
QEYD. 2.İndiyə qədər gördüyümüz bütün işlərin yüksək səviyyədə olduğuna əmin olaraq, nəşrinizdə göndərdiyimiz məlumatların dərc ediləcək məqalələrinizdə öz əksini tapacağına nəzarət edəcək və heç bir yanlışlığın yaranmaması üçün diqqətimizdə saxlayacayıq.Əlavə hər hansı bir sual olarsa, müraciət edə bilərsiniz.
Göstərdiyiniz dəstək üçün minnətdarıq.