Depatrament rəisi həbs olundu, "Azərsu"da açıqlama gəldi

Depatrament rəisi həbs olundu, "Azərsu"da açıqlama gəldiNərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyevin həbs olunması ilə bağlı yeni məlumatlar bəlli olub.

"Azərsu” ASC-dən Trend-ə bildiriblər ki, adı çəkilən şəxs qurumun işçisi deyil: "Anar Nəzərəliyev 4 il əvvəl "Azərsu” ASC-dəki vəzifəsindən azad olunub. Onun bizim qurumla heç bir əlaqəsi qalmayıb”.

Qeyd edək ki, yayılan məlumatlara görə, "Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşı olan A.Nəzərəliyevin külli miqdarda mənimsəmə halları ilə bağlı təqsirləndirildiyi bildirilir. Həmçinin, məlumatlarda o da qeyd olunur ki, uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai Rayon Polis İdarəsi 34-cü bölməsinin əməkdaşları həbs ediblər.


Oxşar Xəbərlər

Xəbər lenti