Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
Partlayış səsləri eşidiləcək -
Əhaliyə xəbərdarlıq!
Bu xanıma yüksək vəzifə verildi -
FOTO
“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
Ceyhun Bayramov özbək həmkarı ilə bunları danışdı
“İnanmazdım ki, bu qədər arıqlayacağam” -
FOTOLAR
Vasif Haqverdiyev həbs olundu
Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycanda narkotik terroru: Tanınmışlar həyəcan siqnalı çalır
Ölkədə narkotik tacirlərinin və aludəçilərinin sayı kəskin şəkildə artıb. Bu, son rəsmi məlumatlardan da görünür. Üstəlik, əvvəllər Azərbaycanda ən çox istifadə olunan narkotik növü marixuana olduğu halda, bu gün "patı", "şüşə", "kakos" kimi metamfetaminlərə daha böyük tələbat var. Bunun səbəbini qiymətlərin ucuzluğu ilə əlaqələndirənlər isə çoxluq təşkil edir.
Məsələnin ağrılı tərəfi odur ki, bu şəbəkənin qurbanları, əsasən, yeniyetmələr və gənclərdir. Həmçinin ağ ölüm artıq qadınlardan da yan keçmir. Hətta iki-üç həftə öncə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev mətbuata açıqlamasında bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satıldığını vurğuladı.
Ümumiyyətlə, hər gün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları mərkəzdə və bölgələrimizdə uyuşdurucu maddə əleyhinə əməliyyat təşkil edir, nəticədə onlarla insan saxlanılır. Lakin psixotrop maddələrin satışının və istifadəsinin qarşısını həbslə də almaq mümkünsüz olub. Vəziyyət o yerə gəlib çatıb ki, artıq insanlar toyuğun içərisinə “patı” doldurub həbsxanaya keçirməyə çalışırlar.
DİN-in 2021-ci ilin 1-ci yarımili üzrə təhlilində qeyd olunur ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində müəyyən edilmiş 4 066 (+1281), o cümlədən onların satışı ilə bağlı 1 428 (+515) fakt üzrə cinayətkarlardan 1 ton 843 kiloqram narkotik vasitə ələ keçirilib. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 776 kiloqram çoxdur. Bildirilib ki, bu növ cinayətləri törətmiş 2 722 nəfərin 2000-i əmək qabiliyyətli işləməyən və oxumayan, 964-ü əvvəllər cinayət törətmiş şəxs, 66-sı isə qadındır.
Ehtimallar var ki, narkotik maddələri bu gün, əsasən, Xankəndində yaşayan ermənilər xüsusi laboratoiyalarda hazırlayırlar və İran vasitəsilə Azərbayacana göndərirlər. Bu məlumatı Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev Almaniyadakı etibarlı mənbələrə əsaslanaraq yayıb. Onun bu iddiasından sonra Türkiyə mediasının da diqqəti sözügedən məsələyə yönəlib. Müxtəlif media quruluşlarında “Ermənilər Azərbaycan gənclərini zəhərləyir" başlıqlı yazılara yer verilib.
Azərbaycan mətbuatında da məsələ mütəmadi olaraq işıqlandırılır. Çünki hazırda ölkəmizdə kimyəvi maddələrə aludəçiliyin bu həddə çatması təbəqə fəqli olmadan insanlarımızı ciddi şəkildə narahat edir.
Mövzu barədə Yenisabah.az-a danışan
Əməkdar artist Bəhram Bağırzadə
çıxış yolunu narkotik tacirlərinin başlarını keçəl qırxıb, satdıqları maddələri onların başlarına sürtməkdə və bir həftə ac-susuz saxlamaqda görür:
“Qoy camaat da onları tanısın, daha sonra isə ən azı 15 il həbs cəzası alsınlar! Bunu tətbiq etdikdən sonra inanın ki, Azərbaycanda 80 faiz narkotik istifadəçiləri azalacaq. Mən çıxış yolunu bu cür görürəm. Valideynlərə nəyisə demək lazım deyil, polisə demək lazımdır. Bunu vaxtında eləmək lazım idi, asqırıb indi oyanıblar. 10 ildir guya narkotik satanlar yox idi? Noldu, indi ayıldılar?! Onları satmağa başlayanda vaxtında tutmaq lazım idi, camaat narkoman olandan sonra yox!”
Azərbaycan Tibb Universitetinin dosenti,
Əməkdar müəllim Rəşid Mahmudov
isə məsələyə tibbi aspektdən yanaşaraq vurğulayıb ki, narkotik gələcək nəsillərin kəsilməsinə və ya uşaqların anormal dünyaya gəlməsinə səbəb olacaq:
“Bəzi ölkələrdə narkotik aludəçiliyini aradan qaldırmaq üçün müəyyən tədbirlər görülür. Məsələn, Hollandiyada narkomanlar üçün kiçik otaqlar yaradılıb. Onlar narkotik qəbul etmək istədikləri zaman həmin otaqlarda saxlanılırlar və 3-4 saat sonra həmin yeri tərk etmələrinə icazə verilir. Son zamanlar tərkibində kimyəvi maddələr olan sintetik narkotik maddələr yayılıb. Bunlar gələcəkdə insanların geninin dəyişməsinə də səbəb ola bilər. Qadınların narkotik vasitə qəbul etməsi daha qorxuludur. Onlar gələcəkdə övlad sahibi olmaya bilərlər. Narkomaniyaya qarşı yalnız dövlət və ya polis mübarizə aparmamalıdır. Bütün cəmiyyətimiz mübarizəyə qoşulmalıdır ki, gəncliyimizi, gələcəyimizi xilas edə bilək”.
Tokio-2020-də gümüş medal qazanan Azərbaycanın məşhur güləşçisi,
dünya çempionu Hacı Əliyev
narkotikin gəncləri uçuruma apardığını deyib:
“Təəssüf ki, gənclər uçurumun bir addımlığına gəlib çatırlar və bir də görürlər ki, çox gecdir. Bu gənc yaşlarında daha yaxşı işlərdən faydalanmalıdırlar. Narkotiklə bağlı məsələlərin qarşısı sözsüz ki, alınır. Lakin mən istərdim ki, valideynlər öz övladlarına vaxt ayırsınlar, onlarla maraqlansınlar. Məktəbə, universitetə gedən uşaqları partilərə, ad günlərinə göndərən zaman daha diqqətli olsunlar. Bu fikirlər səsləndirilən zaman deyirlər ki, avropalaşmışıq. Baxın, budur avropalaşmaq. Hər kəs övladına nəzarət etməlidir”.
Qadınların “Patı” satışı ilə məşğul olmasına münasibət bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə onların bunu ehtiyaclarını ödəmək üçün etdiyini söyləyib: “Onların özləri asılı vəziyyətinə düşürlər. Ona görə də satışla məşğul olurlar ki, öz ehtiyaclarını ödəsinlər. Bu həm də sosial-psixoloji vəziyyətdir. Təkcə cinayət məsələsi deyil”.
Yenisabah.az-a açıqlama verən
tanınmış psixoloq Azad İsazadə
isə ilk əvvəl profilaktik tədbirlərin vacibliyindən söz açıb: “Narkotikə qarşı hüquq-mühafizə orqanlarının görməli olduğu iş azdır. Onların gördüyü işlər hadisə baş verəndən sonra həyata keçirilir. Təzə yaranmış sintetik narkotiklərlə bağlı təhlükəli məqam odur ki, gənclər arasında belə bir fikir yaranıb, guya istifadə etdikləri şey narkotik deyil, sadəcə adamın əhval-ruhiyyəsini qaldırır. Düşünürlər ki, istənilən vaxt onu dayandıra bilərlər. Deməli, söhbət profilaktika və təbliğatdan gedir. Bu yanaşmaya qarşı təbliğat bu gün praktiki olaraq yoxdur.
Peşəkarlar, ekspertlər, həkimlər, psixoloqlar vəziyyəti mətbuatda mütləq izah etməlidirlər və "patı”nın mənfi tərəfləri cəmiyyətə göstərilməlidir. Çünki bu narkotikin əks göstəriciləri həddən artıq ciddidir, onun yaratdığı asılılıqla mübarizə aparmaq çox çətindir”.
Həmsöhbətimiz hesab edir ki, istifadəçilərin sayının müharibədənmi, yoxsa pandemiyadanmı sonra daha çox artdığını müəyyənləşdirmək isə bir qədər çətindir: “Çünki pandemiya passivlik yaratdı. İnsanlar heç yerə gedə bilmədilər və çıxışı narkotikdə gördülər. Sözsüz ki, mövcud duruma müharibənin də təsiri olub, amma birbaşa olduğunu deməzdim, çünki müharibə qələbə ilə nəticələndi və ümumi əhali arasında əhvali-ruhiyyə yüksək səviyyədə oldu. Amma qazilər, yaxınlarını itirən adamlar arasında, bəlkə də, kimlərsə narkotikdən istifadə etməyə başlayıblar. Bunu dəqiq demək üçün isə ortada araşdırmalar yoxdur. Sadəcə versiya irəli sürə bilərik”.
Azad İsazadə narkotikin məqsədli yayıldığını diqqətə çatdırıb: “Narkotik alveri beynəlxalq mafiyanın nəzarəti altındadır, onlar yeni bazarlar açmaq və satış yerlərini genişləndirməkdə maraqlıdırlar. Beynəlxalq mafiyanın arxasında hansısa orqanların dayanıb-dayanmadığı da maraqlı məqamdır. Biz hazırda ölkəmizə xarici təsirin olduğunu deyə bilərik, hansısa qonşu dövlətin bu işdə marağı ola bilər, amma bunu xüsusi orqanlarımız araşdırmalıdır. Ümumiyyətlə, narkotik istifadəsinin yayılmasında xarici təsir çox populyar versiyadır. Məsələn, ABŞ-ı Əfqanıstandan heroin gətirib yaymaqda günahlandırıblar, Argentinadakı Rusiya səfirliyində 10-20 çamadan kokain tapılıb və s.”.
Sayad Həsənli
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.
Oxşar Xəbərlər
“Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır” – Sensasion açıqlama
Azərbaycanda "patı"dan istifadənin artmasının səbəbi açıqlandı
Polis Şəkidə əməliyyat keçirdi: Keçmiş məhkumdan “patı” götürüldü - FOTO
Şirvan sakinindən "patı" və heroin aşkarlanıb - FOTO
Xəbər lenti
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
Partlayış səsləri eşidiləcək -
Əhaliyə xəbərdarlıq!
Bu həftə 4 gün işləyəcəyik
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu xanıma yüksək vəzifə verildi -
FOTO
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Sabirabadda gənc qızın meyiti hamamda tapıldı
SON DƏQİQƏ! Sumqayıtda yaşayış binasında PARTLAYIŞ -
Xəsarət alanlar var
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
26 yaşlı gənc Qarabağ kanalında batdı
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
Çimərliyə getmək istəyənlərin
NƏZƏRİNƏ!
Ceyhun Bayramov özbək həmkarı ilə bunları danışdı
“İnanmazdım ki, bu qədər arıqlayacağam” -
FOTOLAR
Vasif Haqverdiyev həbs olundu
Bu ərazilərdə güclü yağış yağacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
Baş nazir prezidentin qərarını tənqid etdi
Göygöldə mikroavtobus aşdı, yaralılar var
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
PRİZMA
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
Bu həftə 4 gün işləyəcəyik
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Çimərliyə getmək istəyənlərin
NƏZƏRİNƏ!
Bu ərazilərdə güclü yağış yağacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır