Səfər Mehdiyev: "Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 112 % əməl edib"

İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-avqust ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 112,58 % əməl edib.
Sozcu.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter"də yazıb.
"Nəzərdə tutulan proqnozdan əlavə 313,97 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub", - o, qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti