Niyə dərslər bir həftə gec başlayacaq? - Nazir açıqladı

Təhsil naziri Emin Əmrullayev əyani tədrisin gecikmələrlə başlamasının səbəbini açıqlayıb.
Sozcu.info 
xəbər verir ki, o, bunun iki səbəbinin olduğunu bildirib: “Birinci səbəb hələ də gündəlik yoluxma saylarının yüksək olmasıdır. Təcrübələrimizdən bilirik ki, günlük yoluxmaların 2-4 faizi təhsil işçilərinə aiddir. Yoluxanların 8 faizə qədərini isə şagirdlər təşkil edir. Amma son günlər gündəlik yoluxma hallarının azaldığını müşahidə edirik. Növbəti həftələrdə yoluxma hallarında daha az saylarla üzləşəcəyimizi proqnozlaşdırırıq. İkinci səbəb isə vaksinasiya ilə bağlıdır. Bizim ilkin hesablamalarımıza görə, ümumi rəqəmlər əsasında sentyabr ayının 15-nə 2 milyon 700 mindən bir az artıq vətəndaşımız hər iki dozanı qəbul edib. Sentyabr ayının sonuna qədər bu rəqəm təxminən 4 milyon 200 min-ə çatacaq. 4 milyondan artıq vətəndaşımızın vaksin olunması təhsil sistemi üçün vacib məsələdir”.


Oxşar Xəbərlər

Xəbər lenti