Baş infeksionist: "Azərbaycanda 5 milyon insana vaksin vurulsa da..."

“COVID-19 vaksinlərinin tərkibində antibiotik yoxdur. Ona görə də peyvənd vurdurmaqdan çəkinmək lazım deyil”.
Sozcu.info"report"a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, əks göstəriş üçün həkim yoxlanışı lazımdır.
T.Eyvazov yoluxma saylarının artması məsələsinə də aydınlıq gətirib: “Yeni ştamların yoluxuculuğu daha yüksəkdir. O ölkələrdəki vaksinasiya yüksək səviyyədədir, orada yoluxma sayı çox olsa da, gündəlik ölüm faktı aşağıdır. Bu da böyük nailiyyətdir. Azərbaycanda 5 milyon insana vaksin vurulsa da, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil. Bu səbəbdən kütləvi vaksinasiyanın olması şərtdir. Gürcüstan və İranda isə bu sahədə vəziyyət olduqca acınaqlıdır”.


Oxşar Xəbərlər

Xəbər lenti