Hər iki doza vaksin vurduran gənc məmur koronavirusdan vəfat etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib.
"Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib. Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!", - X.Xanlarzadə deyib.


Oxşar Xəbərlər

Xəbər lenti