Marneulinin yeni merinin adı məlum oldu

Gürcüstanın Marneuli şəhərində yerli özünüidarəetmə orqanına keçirilən seçkilərin qalibi Kənan Ömərov olub.
Hakim “Gürcü Arzusu” partiyasının namizədi Kənan Ömərovun bülletenlərin 100 faizinin hesablanması nəticəsində 68,01 faiz səs topladığı məlum olub.
Kənan Ömərovun seçkilərdəki rəqibləri Eldar Mustafayev (“Vahid Milli Hərəkat”) 28,17 faiz, Əhməd İmamquliyev (“Avropa Gürcüstanı”) isə cəmi 3,58 faiz səs toplaya bilib.


Oxşar Xəbərlər

Xəbər lenti