Mixeil Saakaşvili aclıq aksiyasını dayandırdı

Aclıq aksiyası keçirən Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili qida məhsulları qəbul etməyə başlayıb.Sozcu.info Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib.
Qeyd olunub ki, o, bal və təbii şirələr qəbul edib.
Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası elan etmişdi. Aclıq səbəbindən onun 12 kiloqramdan artıq çəki itirdiyi bildirilib.


Oxşar Xəbərlər

Xəbər lenti