Saakaşvili aclıq aksiyasını davam etdirir

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili aclıq aksiyasını davam etdirir.
Sozcu.info “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, gürcü həkimlər onun sağlamlığı ilə bağlı narahatdırlar.
Həkim Vaxtantq Kaloianinin sözlərinə görə, aclıq sabiq Prezidentin səhhəti üçün ciddi problemlər yarada bilər: “Bir həkim olaraq mənə onun sağlamlıq vəziyyəti çox vacibdir. Onun sağlamlığı və həyatı üçün heç bir təhlükə olmasın deyə əlimizdən gələn hər şeyi etməliyik. Çünki aclıq həyat üçün risklər doğurur”.
 
Məlumata əsasən, bu gün Saakaşvilinin vəkilləri onu saxlanıldığı 12 nömrəli Rustavi həbsxanasında ziyarət edəcəklər. Vəkillər məhkəmə prosesinin tez bir zamanda təyin edilməsini, həmçinin Saakaşvilinin kamerasına televizor qoyulmasını tələb edirlər. Belə ki, onlar keçmiş Prezidentin məlumatsız qaldığını iddia edirlər. 
Bununla yanaşı, Gürcüstanın katolikos-patriarxı II İlyanın katibi Mixail Botkoveli həbsxanada Saakaşvili ilə görüşdə ondan aclıq aksiyasına son qoymasını xahiş edib.
Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-i saxlanılıb. Keçmiş Prezident elə həmin gün aclıq aksiyasına başlayıb. Saakaşvili həbsxanadan yazdığı məktublardan birində qeyd edir ki, vəziyyəti pisləşdiyi və yaxud huşunu itirdiyi halda ona tibbi yardım göstərilməsin.


Oxşar Xəbərlər

Xəbər lenti