Azərbaycanda hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər açıqlanıb - SİYAHI

Azərbaycanda hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar qoyulan qadağalar və məhdudiyyətləri müəyyənləşir.
Sozcu.info-un xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır:
1. Tətil etmək;
2. Seçkili orqanlarda vəzifə tutmaq;
3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq;
4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək;
5. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq;
7. Daimi yaşamaq üçün xaricə getmək;
8. Siyasi və dini təbliğatla məşğul olmaq;
9. Dövlət sirrini yaymaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}