Nazirdən yeni təyinat: İcra başçısının oğluna yüksək vəzifə verildi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu yüksək vəzifəyə təyin edib.

Nazirin müvafiq əmri ilə Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini təyin olunub.


Qeyd edək ki, polkovnik S.Qaraşov bundan əvvəl Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışırdı. 


Oxşar Xəbərlər

Xəbər lenti