8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstan erməniləri niyə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Gürcüstan rəhbərliyini dialoqa çağırmır və bizimlə birlikdə mətbuat konfransı keçirmirlər?
Həmsöhbətimiz Gürcüstan Azərbaycanlıları Milli Konqersinin sədi Əli Babayevdir.
-Əli müəllim, qeyri-gürcü etnik qruplara qarşı hakimiyyətin münasibəti barəsində nə düşünürsünüz? Sizin fikrinizcə, onlar ilə qarşılıqlı əlaqələrin istiqaməti formalaşıbmı?
-Bu suala görə çox sağ olun. Mən bir siyasətçi və Gürcüstan vətəndaşı, eləcə də Gürcüstanda yaşayan fəal azərbaycanlılardan biri kimi, Xalq Hərəkatından çıxan və bu günə qədər ölkəmiz qarşısında öz vətəndaşlıq borcunu yerinə yetirən insan kimi hesab edirəm ki, indiyədək sizin tərəfinizdən verilən suala etnik azərbaycanlı olaraq cavab almamışam. Gürcü dilini öyrənmək üçün milli azlıqlara necə imkan verilməsi barədə dövlətin vahid, özünün dövlət dili ilə əlaqədar konsepsiyası yoxdur. Müstəqilliyin qazanılmasından sonra Gürcüstanda milli azlıqların dövlət strukturlarına inteqrasiyasının stimullaşdırılması nəzərə çarpmır.
-Nə kimi təklif vardır? Gürcüstanda Milli Azlıqların dövlətin üzvi bir hissəsi olması üçün nələr edilməlidir?
-İlk növbədə dövlət dilinin möhkəmləndirilməsi qayğısına qalmalıdır. Dilə Azərbaycanda və Ermənistanda olduğu kimi Gürcüstanda da elə bir status verilməlidir. Bu ölkələrdə dövlət dili əsas prioritetlərdən biri kimi hesab olunur. Ötən əsrin 90- cı illərində 48 kəndin adını elə dəyişdirdilər ki, yerli etnik azlıqların heçnədən xəbəri olmadı. Şevardnadzenin idarəçiliyi dövründə parlamentin 7 nəfər azərbaycanlı deputatdan tək bir nəfəri gürcü dilini bilirdi. Eyni ilə Saakaşvilinin dövründə də 4 nəfər deputatdan biri gürcü dilini bilirdi.
- İndi nə baş verir?
-Deputatlar seçiblər və onlar arasında cəmi bir nəfər gürcü dilinin bilir. Buna münasibət dəyişmir və hakimiyyətin başına başqası gəlsə onun nə cür hərəkət edəcəyini heç kəs bilmir. Illər öncə Sulxan Saba Orbeliani adına Tiflis Dövlət Pedaqoji İnstitutu fəaliyyət göstərirdi ki, orada da milli azlıqların ayrıca fakültələri açılmışdı. Burada Kaxeti və Borçalı bölgələrindən olan azərbaycanlılar təhsil alırdılar, gürcü, Azərbaycan və rus dilini öyrənirdilər. Təhsili başa vurduqdan sonra isə öz rayonlarına və kəndlərinə qayıdaraq həm Azərbaycan, həm də gürcü dili müəllimi kimi işləyə bilirdilər. Azərbaycanlıların yaşayış məntəqələrində gürcü məktəbinin açılmasının əleyhinə deyiləm. Lakin gürcü dilinə münasibət dəyişdirilməlidir. Gürcüstanda yaşayan azərbaycanlılar doğma dilini öyrənməlidirlər, eyni zamanda gürcü dilini də öyrənməlidirlər. Azərbaycanlı əhalisi arasında elə insanlar var ki, gürcü dilini bilir və ölkənin xidmətində məmnuniyyətlə dayanırlar. Lakin nədənsə onlara məhəl qoyulmur, əvəzində bizə təəccüblü görünsə də hakim "Gürcü Arzusu Koalisiyası”na qarşı canfəşanlıqla mübarizə aparan insanlar irəli çəkilirlər.
- Gürcüstanda türk maraqlarına xidmət edən "Dünya Qarapapaq Türkləri Birliyi” təşkilatının mövcud olması sizə məlumdurmu?
-Bəli, Türkiyədə guya Gürcüstandan və Şimali Qafqazdan gedən, vaxtilə sultanların ən yaxşı mühafizəçiləri olanların varisləri türk icmalarından ibarət üzdəniraq qarapapaqlar birliyi mövcuddur. Bu istiqamətdə Azərbaycanda, Türkiyədə və başqa yerlərdə olduğu kimi, Gürcüstanda da təşkilat yaradılmışdır ki, bu da qarapapaqların ənənələrinin və mədəniyyətinin təbliğini həyata keçirir. "Dünya Qarapapaq Türkləri” Birliyinin ideologiyasına yaxşı bələdəm. Bu yaxınlarda Türkiyədə Aşıqlar Festivalı keçirildi, mən də dəvət olunmuşdum və əsasən ənənələrin qorunub saxlanılmasına diqqət yetirilırdi. Lakin bütün bunların arxasında hansı mənafelərin durduğu bəllidir. Mən Gürcüstanda Gürcü-Azərbaycanlı milli konqresinin rəhbəri və Gürcüstan vətəndaşı kimi, həmişə hər hansı bir ölkənin maliyyələşdirməsi ilə Gürcüstanda separatçılıq fəaliyyətinə qarşı çıxmışam və çıxacam da. Əvvəllər "Borçalı” Cəmiyyətinə rəhbərlik edən Zəlimxan Məmmədli xarici təşkilatların dəstəyi ilə separatçı çağırışlar həyata keçirirdi və buna görə də vəzifəsindən uzaqlaşdırıldı. Bu mövzuda Bakıda "Borçalı” Cəmiyyətin qurultayı keçirilmişdir ki, yüksək səs çöxluğu ilə dəyərli ziyalımız, tarixçi alim Kərəm Məmmədov "Borçalı” İctimai Birliyinə sədri olması barədə qərar qəbul edilmişdir. Biz hesab edirik ki, necə olursa-olsun, bütün təşkilatlar kiminsə qaranlıq mənafelərinin daşıyıcıları yox, Gürcüstan konstitusiyasına uyğun olaraq fəaliyyət göstərməlidirlər. Bu gün "Borçalı” İB Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan Konstitutisiyasına əməl etməli olduqlarını həmişə bəyan edir.
-Bəzi mətbuat " Dunya Qarapapaq Türkləri” Birliyi, "Borçalı” Cəmiyyətinin Borçalı ərazisinin muxtariyyatının bəyan edilməsi ideologiyasını dəstəklədiyini qeyd edir?
- Gürcüstan bölgələrinin müxtariyyatinin vacibliyini hesab edən Gürcüstanın düşmənidir. Mən hesab edirəm ki, bu hansısa medianın uydurduğu cəfənğiyyatdır. Bəzən mətbuat bu cür dezinformasiya yaymaqla fikir ayrılığı yaradır. Mən sizi "Borçalı” İB-nin sədri Kərəm Məmmədli ilə görüşdürə bilərəm və ona istənilən sualı verə bilərsiniz. Mən Kərəm müəllimlə tez-tez görüşürəm və sizə deyə bilərəm ki, onun separatçı qruplaşmalarla heç bir yaxınlığı olmayıb. Azərbaycanda olduğu kimi Gürcüstanda da sözsüz ki, gürcülər və azərbaycanlılar arasında qarşıdurma yaratmaq istəyən azərbaycanlılardan, eləcə də başqalarından ibarət qruplar mövcuddur.
-Siz deyirsiniz ki, Borçalının muxtariyyatının tərəfdaşları yoxdur, bəs, nəyin zəminində bu məlumat mətbuata çıxır?
- Mən Gürcüstanda 20 ildir ki, aktiv siyasətdə fəal şəkildə qoşulmuşam. 2007-ci ildən başlamış, 2011-12-ci illərdə Saakaşvilinin "Vahid Millətçi Hərəkatı”na qarşı qorxmazlıqla mübarizə aparırdım. Təəssüf ki, bu gün Gürcüstanda çoxları qarmaqarışıqlıq axtarır. Belə güman edirəm ki, üçüncü ölkədən maliyyə yardımı alan elə İmamquliyevdir.
-Üçüncü ölkədən?
-Bəli, bu ölkələr Rusiya, Türkiyə və Ermənistandır. Onlar Azərbaycan və Gürcüstan kimi tarixi-strateji ölkələrin irəli getmələrinin əngəlləndirilməsi ilə, qarışıdurmanın əmələ gəlməsində maraqlıdırlar və bu zəmində hər cür çirkli bəyanatlar verirlər. Dəfələrlə mətbuatda bu barədə çıxışlarım da olub və sizin qəzetiniz vasitəsi ilə də açıq şəkildə bəyan edirəm:” Bizə cavab versinlər! Gürcüstan erməniləri Gürcüstanda yaşayan azərbaycanılılar ilə birlikdə hakimiyyəti Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırmaq üçün niyə mətbuat konfransı keçirmirlər, bu addımı niyə atmırlar”?
Gürcüstanda Rusiyadan maliyyələşdirilən gürcü təşkilatları və siyasi partiyalar da var ki, Qax-Balakəndə yaşayan əhali arasında qarışdırma yaratmağa əl atırlar. Marağı olan qüvvələr Türkiyədə də vardır ki, Gürcüstanda etnik zəmində nifaq salınsın. Buna biz yol verə bilmərik! Əminliklə deyə bilərəm ki, bu nifaq Gürcüstanda baş verməyəcəkdir! Gürcüstan tolerant ölkədir, burada da müxtəlif etnik azlıqların nümayəndələri yaşayır. Onlar bu ölkənin ərazi bütövlüyünü, Gürcüstanın gələcəyini düşünməli və burada dinc yaşayışın qayğısına qalmalıdırlar. Lakin Gürcüstanda onların hüquqları da qorunmalıdır. Yenə təkrar edirəm, istər azərbaycanlı olsun, istər türk, istərsə də Gürcüstanda yaşayan milli azlıqların nümayəndəsi, kim Gürcüstanda separatçı fəaliyyətinə başlayarsa, o mənim birinci düşmənim olacaq.
İrana Kalandadze,
"Saerto” qəzeti