12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Naftalanda sanatoriyada ölüm hadisəsi olub.
Sozcu.info xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən sanatoriyaların birində qeydə alınıb.
Belə ki, sanatoriyada istirahət edən Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü İ.Murtuzovun qəfildən halı pisləşib.
Əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, onun vəfat etdiyi məlum olub.
İlkin məlumata əsasən, İ.Murtuzov ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. \\Oxu.az