Arzum ləqəbli tiktoker məhkəmə zalında həbs olundu
Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
Azərbaycan Polisi 108 yaşını qeyd edir
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Neft 5 aydan sonra ilk dəfə bu qiymətə oldu
Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir -
MEDİA
Tramp İranla danışıqların uzanmasına hazırlaşır
Emindən nostalji paylaşım:
"Bir vaxtlar yay belə idi" - FOTO
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
İşə qəbul qaydalarında mühüm dəyişiklik
Azərbaycanda bu nazir vəzifələri boşdur —
Siyahi
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
DEPUTATDAN AMEA PREZİDENTİ İLƏ BAĞLI ŞOK İTTİHAMLAR... –
“Bəlkə bu sənədlər xüsusi sifarişlə Mehdiyevə ötürülüb?!”
Fəzail Ağamalı:
“Qalina Yuryevnadan aldığı “ev tapşırıqları” Mehdiyevi stimullaşdırır...”
Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Prezidenti, akademik Ramiz Mehdiyevin ətrafında baş verənlərlə bağlı mətbuatda və sosial şəbəkələrdə müzakirələr davam edir. Mehdiyev tərəfindən AMEA-nın Tarix İnstitutunun direktoru, professor Kərim Şükürovun cəzalandırılması cəhdi uğursuzluğa düçar olduqdan sonra AMEA Prezidentinə qarşı müxtəlif alimlərin və hətta akademiklərin açıq mətnlə tənqidlərinə rast gəlinməyə başladı. Alimlər, ziyalılar və siyasətçilər bu mövzuda sərt çıxışlar etsələr də, Ramiz Mehdiyev “müdrikcəsinə” susur, ona qarşı səsləndirilən tənqid və ittihamları, eləcə də istefa tələblərini qulaqardına vurur.
“AzPolitika.info”
bu mövzunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı ilə müzakirə edib:
- Fəzail bəy, Ramiz Mehdiyev yenə tənqid hədəfindədir. Sizcə, AMEA Prezidenti olduğu son 2 ildə onun mütəmadi olaraq tənqidlərə məruz qalması nə ilə bağlıdır?
-
Əslində, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri işləyəndə də tənqid olunurdu və o, illər uzunu əkdiyi qanqalın toxumunu son illər daha intensiv şəkildə yığmağa başlayıb. Onun Prezident Administrasiyasının rəhbəri postundan azad edildikdən və AMEA-nın Prezidenti vəzifəsini tutduqdan sonra akademiyanı çökdürən, elmimizə ağır zərbələr vuran anormal, qeyri-adekvat və cəmiyyət tərəfindən mənfi qiymətləndirilən fəaliyyəti göz önündədir. Mən bir neçə gün öncə müəllif yazımda bununla bağlı fikirlərimi ifadə etmişəm və dediklərimi təkrarlamağa ehtiyac görmürəm. Artıq onun akademiyadakı yarıtmaz fəaliyyəti haqqında akademiklərin, professorların, ziyalıların da kəskin və obyektiv xarakter daşıyan rəyləri tədqim olunub. Ancaq Ramiz Mehdiyev ona ünvanlanan tənqid və iradlara cavab vermir və susmaqda davam edir. Sanki özünün məğlubedilməzliyini və yenilməzliyini sübut etməyə çalışır.
Onun pis vərdişi var. Uzun illər inzibati-amirlik metodu ilə işləyən, özündən yüksəkdə dayanana baş əyən, özündən aşağı səlahiyyəti olanı isə hər an əzməyi həyat normasına çevirən R.Mehdiyev bu cür davranışla və naftalin iyi verən dünyagörüşüylə nəcib, ruhən müstəqil və yaradıcı elm xadimlərilə işləyə, elmimizi müasir çağırışlara cavab verə biləcək səviyyəyə qaldıra bilməz.
Digər tərəfdən elmdə ögey-doğmalığa yol vermək olmaz. Elm sağlam rəqabət və sağlam mənəvi-psixoloji mühitdə yaranır, inkişaf edir və ciddi nəticələr verir.
- Yəni ki, akademiyada bu mühit yoxdur...
- Bütövlükdə akademiyada elmi mühitdən başqa nə istəsən var. Bir misal çəkmək istərdim. Son illər Azərbaycan tarix elmində ciddi tədqiqatlar aparan, məhsuldar institut kimi önə çıxan Tarix İnstitutu və ona son bir ildə rəhbərlik edən tanınmış tədqiqatçı alim Kərim Şükürovu hədəfə çevirmək, institutun fəaliyyətini bloklamaq bu elm ocağının çırağını söndürməyə hesablanıb. Bir neçə gün öncə Azərbaycan tarix elminə böyük töhfələr verən professor, əməkdar elm xadimi, Respublika Dövlət Mükafatı laureatı Tofiq Mustafazadənin mətbuatda gedən bir açıqlaması R.Mehdiyevin ermənilərin niyyətlərinə sədaqətlə xidmət etməsini ortaya qoydu. Belə ki, 2022-ci ildə 44 günlük Vətən müharibəsi ərəfəsində Ramiz Mehdiyevin rəhbərliyi altında Tarix İnstitutunun əməkdaşı Nigar Gözəlovanın təşəbbüsü və təsisçiliyi ilə “Nadir Şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair fars dilli sənədlər (erməni icmasının timsalında)” toplusu nəşr olunub.
Topludakı sənədlərin əksəriyyətinin İrəvandakı Mətndaran Əlyazmalar İnstitutundan götürülməsi qeyd olunur. Nigar Gözəlovanın hər zaman azərbaycanlılara yasaq edilən bu məkandan, həm də erməni və fars dillərini bilmədən sənədləri necə əldə etməsi ciddi suallar və şübhələr doğurur. Bəlkə bu sənədlər xüsusi sifarişlə R.Mehdiyevə ötürülüb?! Çünki müəlliflər həmin topluda erməniləri Qarabağda gəlmə, köçürülmə deyil, yerli toplum, xalq kimi təqdim edirlər. Bu “əsər”in saxta olmasına qarşı çıxanlar isə R.Mehdiyevin hücumuna məruz qalır. Sizcə, buna dözmək, göz yummaq olarmı?!
- Cəmiyyətin fərqli nümayəndələri Ramiz Mehdiyevi istefaya səsləsə də, AMEA rəhbəri bu çağırışları qulaqardına vurur. Sizcə, niyə?
- Hikkəsi, ambisiyası, üstəlik Azərbaycana qarşı mənfi münasibəti, ola bilsin ki, həm də həyat yoldaşı Qalina Yuryevnadan aldığı “ev tapşırıqları”, necə deyərlər, onu stimullaşdırır.
- Sizcə, yaranan vəziyyətdən çıxış yolu nədir?
- Yeganə çıxış yolu R.Mehdiyevin AMEA Prezidenti vəzifəsindən getməsi, bu elm ocağına ciddi islahatlar apara biləcək müasir, peşəkar və menecerlik qabiliyyətinə malik, elm ictimaiyyəti arasında böyük nüfuz sahibi olan alimin gəlməsi və respublikada elmi mühitin canlanmasının təmin olunmasıdır.
Oxşar Xəbərlər
Ramiz Mehdiyev bu gün istefa verəcək? - İDDİA
AMEA-da təcili müşavirə keçirilib - Kərim Şükürovun istefası qəbul olunmayıb
Ramiz Mehdiyev istefa verməlidir? -
AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
Xəbər lenti
Arzum ləqəbli tiktoker məhkəmə zalında həbs olundu
Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
Bakının 4 rayonunda su kəsintisi olacaq
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq:
Dolu və şimşək xəbərdarlığı
Azərbaycan Polisi 108 yaşını qeyd edir
Bakıxanov qəsəbəsində yanğın baş verib
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Azərbaycanda iyunda 152 mindən çox şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Neft 5 aydan sonra ilk dəfə bu qiymətə oldu
Goranboyda göldə 53 yaşlı qadının meyiti tapılıb
Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir -
MEDİA
"BakıKart"ın satış qiyməti bahalaşdı
Sabah 35 dərəcə isti olacaq
Tramp İranla danışıqların uzanmasına hazırlaşır
Emindən nostalji paylaşım:
"Bir vaxtlar yay belə idi" - FOTO
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
İşə qəbul qaydalarında mühüm dəyişiklik
İstidə insanı ən çox zəhərləyən qidalar bunlardır
Azərbaycanda bu nazir vəzifələri boşdur —
Siyahi
Leyla Əliyeva Şövkət Ələkbərovanın mahnısını ifa etdi -
Vidio
Xanımı İbrahim Borçalıdan üzr istədi
Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Gəncə-Daşkəsən yolunda ağır qəza -
Fotolar
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Bakının bu ərazilərində işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Bakıda qadın evinin həyətində ölü tapıldı
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının 4 rayonunda su kəsintisi olacaq
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq:
Dolu və şimşək xəbərdarlığı
Azərbaycanda iyunda 152 mindən çox şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb
"BakıKart"ın satış qiyməti bahalaşdı
Sabah 35 dərəcə isti olacaq
İstidə insanı ən çox zəhərləyən qidalar bunlardır