Ramiz Mehdiyev istefa verməlidir? - AMEA prezidentinin müşavirindən ikibaşlı cavab

“Azərbaycan Milli Elmlər Akademiyası əvvəlki akademiya deyil. Mən 50 ildir ki, burada çalışıram. AMEA heç vaxt bu vəziyyətə salınmayıb”.
 
Sozcu.info xəbər verir ki, bunu TNS-ə açıqlamasında AMEA prezidentinin müşaviri, akademik Qərib Məmmədov deyib.
 
Əməkdaşımızın “Milli Məclisin deputatı Musa Qasımlı bu günkü məqaləsində bildirib ki, “AMEA elminin inkişafında başlıca əngələ çevrilmiş Ramiz müəllim Mehdiyev istefa verməlidir. Əgər Ramiz müəllim Mehdiyev özü istefa verməsə, onda AMEA-nın həqiqi və müxbir üzvləri Azərbaycan elminin gələcəyi naminə Ümumi yığıncağa toplaşmalı və Ramiz müəllim Mehdiyevi istefaya göndərməlidir”. Əgər belə olarsa, siz bu fikri dəstəkləyib onun istefasını tələb edəcəksinizmi?” sualına Qərib Məmmədov əvvəlcə həmin yazı ilə tanış olmadığını bildirərək cavab vermək istəməyib.
 
“AMEA-da nə baş verir? AMEA-nın institut direktorları niyə Ramiz Mehdiyevin istefasını tələb edir?” sualına cavabında isə akademik Qərib Məmmədov deyib ki, “Bu, telefon söhbəti deyil. Üzbəüz görüşüb danışmalıyıq”.
 
“Ramiz Mehdiyev istefa verməlidirmi?” sualına onun cavabı yenə qeyri-müəyyən olub: “Mən onu deyə bilmərəm, özündən soruşun”.
 
“Əgər belə bir qərar qəbul olunarsa, hamı onun istefasını tələb edərsə, mən də dəstəkləyəcəyəm”,- akademik sonda belə deyib.


Oxşar Xəbərlər

Xəbər lenti