Nazir mayoru bu rayona polis rəisi Təyin etdi -ƏMR

Naxçıvan MR Daxili İşlər orqanlarında kadr dəyişikliyi baş tutub.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, Naxçıvan MR Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılovun müvafiq əmri ilə polis mayoru Elgün Əliyev Naxçıvan MR Babək Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl nazir Rəşad İsmayılovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Teymur Quliyev Naxçıvan MR Babək Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunmuşdu.


Oxşar Xəbərlər

Xəbər lenti