Vilayət Eyvazov işdən çıxardığı rəisi yeni vəzifəyə TƏYİN ETDİ

Daxili İşlər Orqanlarında növbəti kadr təyinatı baş tutub.
Sozcu.info xəbər verir ki, bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Rəşad Rəcəbov yeni vəzifəyə təyin edilib. Belə ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə R.Rəcəbov Qusar Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Sabunçu Rayon Polis İdarəsinin keçmiş rəisi, polis polkovniki Eldar İlyasov da bir müddət bundan əvvəl vəzifəsindən azad olunaraq Qusar Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.


Oxşar Xəbərlər

Xəbər lenti