Valideynlərdən pul aldığı deyilən “Zəngi” liseyinin direktoru DANIŞDI - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən “Zəngi” liseyinin direktoru X sinif şagirdlərinin valideynlərindən pul alması iddiasına cavab verib.
Liseyin direktoru Almaz Əsgərova Sozcu.info-ya bildirib ki, yayılan məlumatlar yalandır:
“Bunun şər-böhtan olduğunu sübut da edəcəyik. Məni pul almaqda ittiham edən müəllimin qeyd apardığı şagirdlərin davamiyyət jurnalında “qaib” yoxdur. Şagird dərsdə yoxdursa, niyə “qaib” yazmayıb?”
O qeyd edib ki, məhkəməyə müraciət edəcək:
“İstəyirəm ki, məsələ tam araşdırılsın”.
12:32
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən “Zəngi” liseyinin müəllimi narazıdır. 
Oxu.Az-ın məlumatına görə, Arif Bədəlov adlı müəllim bildirib ki, boş sinfə dərs keçir. 
O iddia edib ki, “Zəngi” liseyində təhsil alan X sinif şagirdlərinin valideynləri 
direktora pul ödədikləri üçün dərsə gəlmirlər.






Oxşar Xəbərlər

Xəbər lenti