Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək


Vaşinqton administrasiyası Türkiyəyə F-35 qırıcı təyyarələrinin verilməsini nəzərdən keçirir və bu məsələ ilə bağlı Konqreslə işləyir.

Sozcu.info xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib:

“Bilirəm ki, Müdafiə naziri Pit Heqset və bütün komanda hazırda bu məsələni nəzərdən keçirir, çünki ABŞ qanunlarına uyğunluğunu təsdiqləmək üçün müəyyən şeylər var.

Prezident bizə bunu etməyi tapşırıb. Bu, mahiyyət etibarilə Konqresin sualıdır. Söhbət Türkiyənin F-35-i ala bilməsi üçün Amerika qanunlarına əməl edib-etməməsi ilə bağlıdır”.

Prezident Donald Tramp isə jurnalistlərin sualına cavab olaraq iyulun əvvəlində Ankarada keçiriləcək NATO sammitindən əvvəl Türkiyəyə Amerika hərbi təchizatı, o cümlədən potensial olaraq F-35 qırıcı təyyarələri ilə bağlı qərar verə biləcəyini bildirib: “Düşünürəm ki, belədir. O, NATO üzvüdür. Bəzi insanlar özlərini NATO üzvü hesab etmirlər, amma o (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan -red.), üzvüdür. Yəqin ki, onu çox şad edəcək bir şey edəcəyəm”.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti