Zelenskinin bu şəkilləri gündəm oldu-FOTOLAR


Makrondan nədən narazıdır?

Qərb mediası Almaniya, Fransa və İtaliya liderlərinin Ukraynaya səfərinin nəticələrini müzakirə etməkdə davam edir. Bu səfərin qəribəliyinin bir növ simvolu Ukrayna prezidenti Zelenskinin Emmanuel Makronu qucaqlayaraq üzünü turşutduğu kadrlar oldu. Fransa prezidentinin ofisi bildirib ki, Avropa İttifaqının üç ən böyük iqtisadiyyatını təmsil edən Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Mario Draqi Ukrayna hakimiyyətinin təqdim etdiyi xüsusi gecə qatarı ilə birlikdə Kiyevə gediblər.

Ukrayna ilə həmsərhəd Rumıniya prezidenti Klaus İohannis isə ayrı qatarla gəlib. Kiyev vağzalının platformasında Makron, Şolts və Draqini təkcə yarımhərbi mühafizəçilər deyil,  Ukrayna hökumətinin inteqrasiya məsələləri üzrə müavini sarışın Olqa Stefanişina qarşılayıb. Ali qonaqlar əvvəllər intensiv döyüşlərin getdiyi İrpinə aparılıb. Daha sonra Fransa prezidenti, Almaniya kansleri və İtaliyanın baş naziri Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gediblər. Zelenski iqamətgahının eyvanında onları gözləyib və bəzən kameraların ona yönəldildiyini unudub - bu anlarda onun əsəbi olduğu nəzərə çarpıb.

Son günlər Fransa prezidenti Emmanuel Makron Kiyevə müəyyən güzəştlərə gedərək  Vladimir Putinlə danışıqlar aparmağı, Rusiyanı “alçaltmamaq” çağırışı etdikdən sonra Ukrayna rəsmilərinin tənqidinə tuş gəlib.

Britaniyanın “Daily Mail” nəşrinə görə, Kiyevə səfəri zamanı Zelenskinin Makrona soyuq münasibət göstərməsi Fransa prezidentini təəccübləndirməyə bilər. Zelenski son həftələrdə Fransa liderinin  Rusiya prezidentinə bəraət qazandırmaqda açıq şəkildə ittiham edib. Ukrayna prezidenti həmçinin Fransa hökumətinin  Kiyevə müharibə səylərinə kömək etmək üçün kifayət qədər silah və dəstək vermədiyinə görə tənqid edib.

 “Fransa ilk gündən Ukraynaya yaxındır. Biz heç bir anlaşılmazlıq olmadan ukraynalıların tərəfindəyik. Ukrayna müqavimət göstərməli və qalib gəlməlidir”,- deyə Makron Kiyevdə jurnalistlərə  bildirib.

“Makronun Rusiyanın hərəkətlərini pisləməsinə və ev sahiblərini tərifləməsinə baxmayaraq,  Zelenski daima narazı görünürdü. Makron mətbuata gülümsədi, Zelenskinin əlini sıxdı və obyektivləri qarşısında poza verdi, lakin Ukrayna prezidenti sadəcə olaraq yerə baxaraq qaşlarını çatdı, duruşu ilə açıq-aydın narazılığını göstərdi”,- Britaniya qəzeti yazır.

Zelenskinin Makrona münasibətində davranışı Ukrayna prezidentinin Kiyevi müxtəlif növ silahlarla təmin etmək və Ukrayna silahlı qüvvələrinə təlim keçmək barədə verdiyi vədlərə əməl edən ABŞ və Böyük Britaniya rəsmilərini,

xüsusən də Boris Consonu qarşıladığı hərarət və ruh yüksəkliyi ilə kəskin şəkildə ziddiyyət təşkil edir.  



“Daily Mail” onun da  xatırladır ki, hər üç lider daha əvvəl Kiyevə gəlmədiklərinə görə də tənqid olunublar.  

 “Daily Mail” yazır ki, Ukrayna rəsmiləri Avropa liderlərinin Kiyevdə verdikləri vədlərə əməl edəcəklərinə şübhə ilə yanaşırlar.

Səfər Aİ liderlərinin Ukraynanın Aİ-yə namizəd olmaq istəyi ilə bağlı qərar verməyə hazırlaşdıqları vaxta və 29-30 iyunda Madriddə keçiriləcək NATO-nun mühüm sammiti ərəfəsində baş verir.



Oxşar Xəbərlər

Xəbər lenti